Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:33

Əli Kərimli: 'Məqsəd gerçək müxalifəti sarsıtmaqdır'


Ə.Kərimli
Ə.Kərimli

Mayın 31-də Bakı Apellyasiya Məhkəməsində AXCP Gənclər Komitəsinin Ali Məclis sədri Ruslan Nəsirli və partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənov haqqında həbs qərarından verilmiş şikayətlərə baxılıb.

Hər iki məhkəmə qapalı keçirilib. Şikayətlər təmin edilməyib və cəbhəçi fəalların barəsində ilkin istintaq dövrü üçün seçilmiş dörd aylıq həbs-qətimkan tədbiri qərarı qüvvədə saxlanılıb.

B.Həsənovun vəkili Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə B.Həsənov özü də iştirak edib. O, özünü təqsirli bilməyib: «Məhkəmə qapalı olduğuna görə çox şey deyə bilməyəcəm. Müəyyən şikayətləri oldu, onlarla əlaqədar müvafiq qurumlara müraciət edəcəyik».

***Buna da bax-Cəbhəçi ona görə bağçada işləyən xanımına təzyiq edildiyini deyir

Vəkil bildirib ki, B.Həsənov barəsində həbs-qətimkan tədbiri mayın 26-da Nərimanov Rayon Məhkəməsində seçilib. O, bir neçə gün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandıqdan sonra mayın 30-da Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

«Yeni repressiya dalğası başlayıb»

R.Nəsirlinin şikayətinə isə hakim İlqar Murquzovun sədrliyi ilə baxılıb.

«Ruslan özü də işlə bağlı ətraflı izahat verdi. Qapalı məhkəmə olduğundan orada danışılanlar barədə ətraflı məlumat verə bilməyəcəm. Həbs qərarından şikayətimiz təmin olunmadığından növbəti addımımız onun ev dustaqlığına buraxılması barədə vəsatətlə məhkəməyə müraciət etmək olacaq», – R.Nəsirlinin vəkili Fariz Namazlı bildirib.

S.Rüstəmli
S.Rüstəmli

AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna bildirib ki, məhkəmənin qərarı onlar üçün gözlənilməz olmadı: «Təəssüf ki, bu dəfə də məhkəmələr formal xarakter daşıdı, qanunsuzluqlara göz yumuldu. Son günlərdə AXCP-yə qarşı repressiyanın yeni dalğası başlayıb. Son üç həftə ərzində partiyanın on nəfər funksioneri şərlənərək həbs olunub. Onlardan üçünə inzibati həbs cəzası verilib, yeddisinə ağır cinayətlərlə bağlı ittihamlar irəli sürülüb. Bu yeddi nəfərdən biri – Mirfeyzulla Seyidov səhhətindəki ağır problemlərlə əlaqədar barəsində həbs-qətimkan tədbiri dəyişdirilib».

***Buna da bax-Hakimiyyət müxalifətçilərin son həbsləri ilə nə demək istəyir

Özünün də adı hallanan son cinayət işi haqda danışan Ə.Kərimli bunu AXCP-yə qarşı təxribat kimi qiymətləndirib: «Saleh Rüstəmli mənim dostumdur. O, heç bir cinayət törətməyib. Yaxşı bir dost, vətəndaş, Qarabağ müharibəsi veteranı kimi, bizim mübarizəmizə, mənim problemlərimə biganə qalmayıb və şəxsən mənə bir neçə dəfə dost kimi, 500-1000 dollar pul göndərib. Burada nə qəbahət var? Bəs deyirdilər ermənilərdir bizi maliyyələşdirən? İndi onunla elə rəftar edirlər, sanki bu adam erməni əsirliyindədir. Onu bəhanə edib, yenə də heç bir günahı olmayan üç nəfər partiya funksionerini şərləyib həbs ediblər. Aqil Əli Məhərrəmin, Babək Həsənovun və Ruslan Nəsirlinin heç bir təqsiri yoxdur. Bu, bir repressiya aktıdır. Məqsəd də gerçək müxalifəti və onun strukturlarını sarsıtmaqdır. Hakimiyyət Ermənistandakı dinc dəyişikliklərdən qorxuya düşüb».

Əli Kərimli baş verən son olaylardan danışdı
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, bundan əvvəl də məhbus həyatı yaşamış B.Həsənov mayın 25-də axşam saatlarında saxlanıblar.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət ümumilikdə 412 min dollardan gedir.

Onlar barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi açılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG