Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:57

Hakimiyyət müxalifətçilərin son həbsləri ilə nə demək istəyir?


Jurnalist Babçenko sui-qəstdən sağ çıxdı - Əməliyyatın detalları
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Jurnalist Babçenko sui-qəstdən sağ çıxdı - Əməliyyatın detalları

Son günlər təkcə Real partiyasının deyil, AXCP fəallarının da həbsləri gündəmdədir. Mayın 25-də Azərbaycan Xalq Cəhbəsi partiyasının 4 üzvü saxlanıb.

Baş prokurorluğun rəsmi açıqlamasına görə onlar mayın əvvəlində həbs edilmiş keçmiş Gədəbəy rayon icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pulları leqallaşdırmaqda ittiham olunurlar. Saleh Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət ümumilikdə 412 min dollardan gedir.

AXCP fəallarına qarşı bu ittihamların ardından realçıların saxlanması yeni həbs dalğasından xəbər verə bilərmi?

Təqsir Qərbdədir?

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hesab edir ki, bu siyasi təşkilatlara və fəallara qarşı hakimiyyətin apardığı sistemli siyasətin davamıdır. Onun fikrincə, ABŞ və Qərb təşkilatlarının Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasını susqunla izləməsi davam etdikcə, həbslər və siyasi represiyalar da davam edəcək:

"Qərbdən gözləntilərimiz odur ki, onlar Azərbaycana yalnız enerji, tranzit ölkəsi kimi baxmasınlar. Həm də insan hüquq və azadlıqlarının pozulduğu bir ölkə kimi baxsınlar. Əfsuslar olsun ki, biz bunun əksini görürük. Konkret son təzyiqlərə gəldikdə isə, Azərbaycan hakimiyyəti maksimum çalışır ki, cəmiyyətdə siyasi fəallıq olmasın, hakimiyyətə alternativ siyasi qüvvə kimi görünmək istəkləri olmasın".

Anar Məmmədli təəssüflə bildirir ki, Qərb və ABŞ enerji maraqlarını insan haqlarının qorunmasından üstün tutur.

Ötən ay, aprelin 26-da SOCAR və BP arasında yeni neft müqaviləsi imzalanıb. Mərasimə Britaniyanın baş naziri Theresa May və Azərbaycan prezidenti İlham Əliyev də qatılıb.

Dünən mayın 29-da isə Cənub Qaz Dəhlizi layihəsinin rəsmi açılışına həm Böyük Britaniyadan, həm də ABŞ-dan təbrik məktubu gəlib.

Bütün bunların da son həbslərlə dolayısı ilə əlaqəsi olduğunu fikirləşənlər var.

Hakimiyyətin siyasi xəttini dəstəkləyən millət vəkili Zahid Oruc bu iddiaları rədd edir. Bildirir ki, bütün həbslər konkret cinayətə və ya inzibati xətaya görə verilib. O bu həbslərin siyasiləşdirilməsi fikirləri ilə də razılaşmır. Onun fikrincə əksinə son zamanlar müxalifət fəalları siyasi mübarizədə daha da radikallaşır:

"Xüsusilə də müxtəlif Qərb ölkələrindəki mühacirlərin təşkilatlandırılması, onların bir araya gətirilməsi istəkləri görünür. Müxtəlif kəşfiyyat orqanlarının da onlardan Azərbaycana qarşı istifadə cəhdləri var. Bunlar da məqsədlidir, Azərbaycan hakimiyyətini hövsələdən çıxarmaq, əsəbləşdirmək, öz mübarizə metdolarına gətirmək yönündə addımlar atılır. İlham Əliyev Azərbaycanın ən böyük demokratıdır. Məncə, Theresa May-lə görüş, son neft müqavilələri imzalanandan sonra müxalifət üzərinə səlib yürüşü - uydurmadır. Görünür, bunu uyduranların özləri də dediklərinə inanıblar".

Zahid Oruc enerji layihələrinin Azərbaycan hakimiyyəti üçün sığorta yastığı sayılması fikirləri ilə də razılaşmır.

Azərbaycan hökumətini o qədər də sadəlövh bilməyin

Siyasi şərhçi Rauf Mirqədirov bu həbslərin son enerji layihələri və ya hakimiyyətdaxili klanlardan hansısa birinin mövqeyinin güclənməsi ilə əlaqələndirlməsini qəbul etmir:

"Məsələ ondadır ki, bəziləri Azərbaycan hakimiyyətini olduğundan daha sadəlövh görür. Azərbaycan hakimiyyətinin dünyanın ən yaxşı siyasətçiləri, beyin mərkəzləri ilə işləmək üçün kifayət qədər pulu var. Onlar ən son proqnozlarla bağlı hesabatları alır. Bunun üçün dünyada lobbisi də var. Azərbaycan hakimiyyət üzvləri çox gözəl başa düşürlər ki, bu saat dünyada o qədər problemlər var ki, Azərbaycanın daxili siyasi durumu heç o problemlər arasında yüzüncü də deyil. Azərbaycana daxili siyasətlə bağlı ciddi basqıların olacağı haqda fikirləşmək özü də sadəlövhlükdür. Hər halda mənin fikrim budur ki, son həbslər hakimiyyətin daxili siyasətinin bir hissəsidir".

Rauf Mirqədirov deyir ki, hakimiyyətinin əsas daxili siyasəti idarə oluna bilən, etiraz etməyən bir cəmiyyət qurmaqdır. Bunun üçün də siyasi fəallara qarşı təzyiqlər edilir, müxtəlif saxta ittihamlarla həbslər baş verir.

AzadlıqRadiosu son günlər siyasi fəallara qarşı təzyiqlər barədə Bakı sakinlərinin fikirlərini öyrənməyə çalışıb:

Siyasi fəallara qarşı ittihamlar sizə nə qədər inandırıcı gəlir?
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Qərbin və ABŞ-ın enerji maraqlarına görə insan haqlarının pozulmasını ikinci plana keçirməsi son illər tez-tez tənqid edilir. Hərçənd ki, Avropa və ABŞ rəsmiləri bu tənqidləri rədd edir və bildirilər ki, hər dəfə Azərbaycan prezidenti ilə görüşlərində bu məsələni qaldırırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG