Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:38

Əhsən Nuruzadə buraxılmadı


Ə.Nuruzadə
Ə.Nuruzadə

«Müsəlman Birliyi» Hərəkatının koordinatoru, dindar-fəal Əhsən Nuruzadənin 7 illik həbsi haqda hökm qüvvədə saxlanıldı. Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində Mirpaşa Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasının qərarı belə olub.

Məhkəmədə dindar fəalın vəkili Fariz Namazlı onun günahsız olduğunu, narkotikin Əhsənin cibinə tutularkən atıldığını bildirib. Onun sözlərinə görə, Ə.Nuruzadənin həbsi zamanı xeyli pozuntulara yol verilib, o cümlədən üzərinə baxış keçirilərkən vəkilin iştirakı olmayıb: «Əhsən Nuruzadəni Səməd Vurğun bağının yanında taksidən düşürüb, əllərini qandallayıb aparıblar. Oradan əlləri qandallı vəziyyətdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. O müddətdə polislərin nəzarətində olub və ehtimal edirik ki, narkotik də cibinə həmin vaxt atılıb».

F.Namazlı xatırladıb ki, Ə.Nuruzadə ictimai fəaliyyətdə aktiv olub, ilahiyyatçı Taleh Bağırov da daxil, dindarların həbsi, onların məhkəməsində baş verənlər haqda sosial şəbəkələrdə məlumatlar yayıb: «Bu fəaliyyətinə görə son həbsindən öncə iki dəfə məhz Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub, günlərlə gizlədilib, sonda inzibati həbs cəzası verilib. Hər ikisində də ona xəbərdarlıq olunub ki, əgər bu fəaliyyətindən əl çəkməsə, uzunmüddətli həbsə göndəriləcək».

Ə.Nuruzadə vəkilinin çıxışı ilə razılaşdığını söyləyib və əlavə heç nə deməyib.

Prokuror isə apellyasiya şikayətinin əsassız olduğunu söyləyib və təmin olunmamasını istəyib.

Təxminən bir dəqiqəlik müşavirədən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 illik həbs hökmünün qüvvədə saxlandığı elan olunub.

Vəkil F.Namazlı AzadlıqRadiosuna bildirib ki, qərardan Ali Məhkəməyə kasasiya şikayəti veriləcək.

Z.Hüseynova
Z.Hüseynova

Ə.Nuruzadənin anası Zeynəb Hüseynova AzadlıqRadiosuna oğlunun günahsız, apellyasiya məhkəməsinin qərarının isə ədalətsiz olduğunu deyib: «Bu, məhkəmə deyil, oyundur. İkisi körpə uşaq olan dörd qız-qadını kimsəsiz qoymaq hansı insafa sığar? O körpələr atalarını istəyirlər, bu günə də ümidləri böyük idi. Amma mən o uşaqlara başa salmağa çalışırdım ki, gözləməyin. Mən bu hökumətdən yaxşı heç nə gözləmirəm. O iki balanın ahından qorxsunlar, mütləq bir gün onları tutacaq».

Xatırlatma

Ə.Nuruzadə oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Amma dindar-fəal ittihamı rədd edir, narkotikin cibinə idarədə elə polis tərəfindən atıldığını bildirir.

Ə.Nuruzadə bundan öncə də iki dəfə - 19 yanvar və 24 sentyabrda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, günlərlə onun yaxınlarına yeri haqda heç bir məlumat verilməyib, ardınca da hər dəfə 10 sutka inzibati həbs cəzası verilməsi haqda danışıb. Hər iki məhkəmə qərarında da inzibati həbsin səbəbi eyni göstərilib – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söymək, onu intizama dəvət edən polislərə tabe olmamaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG