Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

'Əfv Komissiyasına gələn bütün müraciətlərə baxılıb'


Ə.Nuriyev
Ə.Nuriyev

«Bu il Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının 10-a qədər iclası keçirildi və 100-lərlə ərazilərə baxıldı».

Bunu Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyir. Onun vurğulamasına görə, Əfv Komissiyasının iclasları fevral ayının ortalarından mart ayının ilk ongünlüyünə kimi davam edib.

Ə.Nuriyevin sözlərinə görə, komissiyada gələn bütün müraciətlərə baxılıb. O qeyd edib ki, müraciətlər tək cəza çəkənlərdən yox, habelə hüquq-müdafiə təşkilatları və məhkumların yaxınlarından da gəlib.

«Müraciət edənlərin arasında siyasi məhbus sayılan şəxslər də varmı» sualını komissiya üzvü ad çəkmədən müsbət cavablandırıb.

«Dediyim kimi, bütün kateqoriyadan olan məhkumların müraciətləri olub, bütün müraciətlərə baxılıb. Amma kimlərin həbsdən azad olunacaqları ölkə prezidentinin müstəsna səlahiyyətidir», - Ə.Nuriyev bildirib.

Əfv sərəncamının nə zaman veriləcəyinə gəlincə Ə.Nuriyev bunları bildirib: «Bunu ancaq ölkə prezidenti bilir. Əfv sərəncamını imzalamaq da onun müstəsna səlahiyyətidir. Odur ki, əfv sərəncamının nə zaman imzalanacağı tarixi barədə heç nə bilmirəm. Amma aydın olan budur ki, yenə də nə qədərsə insan ailəsinə, valideynlərinə qovuşacaq, nə qədərsə körpələrin üzü güləcək».

Xatırlatma

Azərbaycanda buna qədər sonuncu əfv sərəncamı keçən il mayın 24-də 28 May - Respublika Günü ərəfəsində imzalanıb.

Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı imzalanan həmin sərəncam 634 şəxsə şamil edilmişdi. Onlardan isə yalnız 12 nəfər siyasi məhbus siyahılarında yer alırdı.

Yerli hüquq müdafiəçilərinin hazırladıqları siyahılara görə, Azərbaycanda hazırda 130 civarında siyasi məhbus var.

Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG