Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:59

Əfqan uşaqların doğum şəhadətnamələrində analarının da adları yazılacaq


Foto arxivdəndir
Foto arxivdəndir

Əfqanıstanda qadın haqları müdafiəçilərinin illərlə apardığı kampaniya uğurla nəticələnib.

Bundan sonra Əfqanıstanda uşaqların doğum şəhadətnamələrində onların analarının da adları yazılacaq.

Prezident Əşraf Qani sentyabrın 18-də ölkənin Vətəndaşlıq Məcəlləsinə müvafiq dəyişiklik edən fərmanı imzalayıb.

Əfqanıstanda mövcud olan qanunlara görə qadınlar kişi qohumlarının soyadlarını daşıyırlar.

Bu ölkədə mövcud olan adət-ənənələrə görə kişinin başqalarının yanında həyat yoldaşının adını dilə gətirməsi ədəbsiz hərəkət sayılır.

İndiyədək əfqan uşaqların doğum şəhadətnamələrində yalnız atalarının adları qeyd olunurdu.

Prezident Qaninin fərmanından sonra doğum şahədətnamələrində uşaqların analarının da adları göstəriləcək.

Son dərəcə böyük addım

Nyu Yorkda mənzillənmiş Human Rights Watch təşkilatının keçid direktoru Heather Barr hadisəni “son dərəcə böyük addım adlandırıb”.

Xanım Barr deyib ki, bu hadisə qadınların öz uşaqları üçün pasport və başqa sənədləri əldə etməsi prosesini sadələşdirəcək.

Fərman habelə analara uşaqları ilə birlikdə səfər etmək hüququ da verir.

Xanım Barr əlavə edib ki, prezident fərmanı Əfqanıstan hökuməti ilə Taliban arasında danışıqların davam etdiyi mühüm bir dövrə təsadüf edib.

İnsan haqları müdafiəçiləri deyirlər ki, bu danışıqlarda razılaşma əldə edilməsinin şərtləri qadın haqları üçün yaxşı olmaya da bilər.

Taliban hakimiyyəti dövründə qadın və qızların işləməsi və məktəbdə oxuması qadağan idi.

Xanım Barr bunu da bildirib ki, əfqan qadınları üçün onların öz hüquqları sülh qədər mühümdür.

Bu həftənin əvvəllərində keçmiş Taliban komandanı Sayed Əkbər Ağa demişdi ki, uşaqların kimlik sənədlərinə anaların adlarının əlavə edilməsi “namussuzluqdur”.

“Mənim adım hanı?” kampaniyasının təsisçisi Lale Osmani deyib ki, o dəyişiklikdən son dərəcə məmnundur.

O bildirib ki, bu fərman uzun mübarizənin mükafatıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG