Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:44

Sayt redaktorunun 1 aylıq həbs edildiyi bildirilir


Əfqan Sadıqov

“Azel.tv saytının təsisçisi və baş redaktoru Əfqan Sadıqova Səbail Rayon Məhkəməsinin qərarı ilə 1 aylıq inzibati həbs cəzası verilib”

Bunu AzadlıqRadiosuna onun yaxınları deyib.

Onların dediyinə görə, Əfqan Sadıqov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisinin qanuni tələbinə əməl etməmək) ilə təqsirli bilinib.

Qərarı Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın çıxartdığı deyilir.

Yaxınları qərardan apellyasiya şikayəti veriləcəyini bildiriblər.

Əfqan Sadıqov bu gün, noyabrın 27-də günorta saatlarında bir neçə jurnalistin gözü qarşısında saxlanmışdı.

Onun həyat yoldaşı Sevinc Sadıqova baş verənlərlə bağlı bunları bildirmişdi:

“Mən jurnalist olaraq bu gün (noyabrın 27-də) Prezident Administrasiyası önündə şəhid ailələrinin toplantısını çəkirdim. Əfqan da ora gəldi, amma jurnalist kimi gəlməmişdi, daha sonra gedəcəkdik. Elə iki-üç dəqiqə olardı ki, gəlmişdi, mülki geyimlilər yaxınlaşdı ki, söhbətimiz var, maşına tərəf getdilər…”

Əfqan Sadıqovun inzibati həbs alması ilə bağlı deyilənlərə hələlik, hüquq-mühafizə orqanlarından aydınlıq gətirmək mümkün olmayıb.

Sadıqov bu il mayın 23-də azadlığa çıxıb. İyulun əvvəlində isə o, polisin qanunu tələbinə əməl etməməkdə günahlandırılaraq 30 sutka həbs olunub.

Əfqan Sadıqov təkrar azadlığa çıxdıqdan sonra şərləndiyini və polisdə işgəncəyə məruz qaldığını iddia etmişdi. Amma o vaxt onun dediklərinə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmamışdı. Nazirlik polisdə saxlananlara işgəncə verilməsi ilə bağlı şikayətləri ümumən təkzib edir.

Xatırlatma

Əfqan Sadıqov uzunmüddətli həbs edilərkən 2016-cı il noyabrın 22-də saxlanmışdı. Ona Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq redaktor ittihamı qəbul etmir, işi qurama sayırdı.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsi onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib. Həmin ilin noyabrında isə Ali Məhkəmə Əfqan Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. O, bu il mayın 23-də azadlığa çıxıb.

Multimedia

XS
SM
MD
LG