Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 09:58

Əfqan Muxtarlı azad olunub və birbaşa Almaniyaya göndərilib -VİDEO


Əfqan Muxtarlı, Berlin, Schönefeld hava limanı, 17 mart 2020
Əfqan Muxtarlı, Berlin, Schönefeld hava limanı, 17 mart 2020

Bu gün, martın 17-də jurnalist Əfqan Muxtarlının azadlığa buraxılıb.

Jurnalistin Berlində AzadlıqRadiosuna verdiyi açıqlamaya görə, onu elə həbsxanadan birbaşa Bakı hava limanına gətiriblər və ordan təyyarə ilə Almaniyaya yola salıblar.

"Məni birbaşa gətirdilər hava limanına və təyyarə ilə Moskvaya, oradan da Berlinə. Ya azad olunub ölkədən çıxarılmalı idim, ya da həbsdə qalmalı idim. Mən həbsdə qalmaqdansa belə də olsa azadlığa çıxmağı üstün tutdum".

Əfqan Muxtarlı, Sərhədsiz Reportyorlar təşkilatının Almaniya nümayəndəliyinin icraçı direktoru Christian MİHR, Əfqan Muxtarlının yoldaşı Leyla Mustafayeva və ECPMF-nin nümayəndəsi Jane Whyatt? Berlin, 17 mart 2020
Əfqan Muxtarlı, Sərhədsiz Reportyorlar təşkilatının Almaniya nümayəndəliyinin icraçı direktoru Christian MİHR, Əfqan Muxtarlının yoldaşı Leyla Mustafayeva və ECPMF-nin nümayəndəsi Jane Whyatt? Berlin, 17 mart 2020

Onun dediyinə görə, bu məsələ onun üçün gözlənilməz olmayıb.

"Bir il olardı ki, beynəlxalq təşkilatlar bu məsələ ilə məşğul idilər və axır ki, mənim azadlığa çıxmağım baş tutdu. Məni Gürcüstandan necə oğurlayıb həbs etmişdilər elə də həbsxanadan oğurlayıb hava limanına gətirdilər və təyyarə ilə Almaniyaya yola saldılar". (Jurnalist Əfqan Muxtarlının həyat yoldaşı və qızı bir müddətdir ki, Almaniyada yaşayır.)

Əfqan Muxtarlı Almaniyaya çatdı, ailəsiylə görüşdü
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

***

Vəkil Nemət Kərimli isə bildirib ki, Ə.Muxtarlının cəza növünün dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdi:

«Bu gün, martın 17-də məhkəmə olmalı idi, amma Əfqanın azadlığa buraxılıb-buraxılmaması ilə bağlı heç nə deyə bilmərəm».

Martın 17-də Suraxanı Rayon Məhkəməsində onun cəzasının qalan hissəsindən azad edilməsi ilə bağlı müraciətə baxılıb. Məhkəmənin qərarı ilə Ə.Muxtarlının cəzasının qalan hissəsinin şərti hesab olunaraq, onun azadlığa buraxılıb.

Tbilisidə jurnalist Əfqan Muxtarlıya azadlıq tələbi ilə aksiya keçirilib
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı 6 il həbs cəzası almışdı. O, qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə günahlandırılaraq 2017-ci ildə həbs olunub. O, ittihamları qurama sayır.

2014-cü ildən mühacirətə gedən jurnalist Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyini bəyan edib.

O bu məsələdə Gürcüstanın hüquq-mühafizə orqanlarını da günahkar sayır.

Amma həmin vaxt Gürcüstan baş naziri onlara qarşı ittihamların əsassız olduğunu açıqlamışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG