Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 15:51

Əfqanıstanda baş vermiş partlayışda azı 15 uşaq həlak olub


Təhlükəsizlik qüvvələrinin əsgəri Gəznidə partlayışdan sonra
Təhlükəsizlik qüvvələrinin əsgəri Gəznidə partlayışdan sonra

Əfqanıstan rəsmiləri bildirirlər ki, ölkənin mərkəzi regionunda bomba partlayışı nəticəsində azı 15 uşaq həlak olub və daha 20 nəfər xəsarət alıb.

Partlayış dekabrın 18-də Qəzni vilayətinin Gilan kəndində üçtəkərli motosikletlə alış-veriş etməyə gəlmiş şəxs uşaqlar tərəfindən dövrəyə alındıqda baş verib.

Daxili İşlər Nazirliyinin sözçüsü Tariq Arian daha əvvəl demişdi ki, uşaqlar buraya Quran oxunması mərasiminə toplaşmışdılar.

Partlayış üçün məsuliyyəti öz üzərinə heç bir qrup götürməyib, lakin vilayətin polis sözçüsü Əhməd Xan Sirat hadisənin Taliban hücumu olduğunu deyib.

Talibanın versiyası

Talibanın sözçüsü Zəbihullah Mücahid iddia edib ki, partlayış o ərazidə olan partlamamış mərmidən törənib.

Onun dediyinə görə mərmini tapan uşaqlar onu motosikleti sürənə göstərmək istəyiblər.

Hadisə Qətərdə Taliban və Əfqanıstan hökuməti arasında danışıqların davam etdiyi bir vaxtda baş verib.

Bu danışıqlar 10 ay bundan əvvəl ABŞ və Taliban nümayəndələri arasında razılaşma əldə ediləndən sonra başlanıb.

Əfqanıstan prezidenti Əşrəf Qani danışıqların növbəti raundunu “dəbdəbəli otellərdə” deyil, Kabulda keçirməyi təklif edib.

Birləşmiş Ştatların rəsmi və hərbçiləri danışıqların yenidən canlandırılması üçün Taliban və hökumət nümayəndələri arasında vasitəçilik edirlər.

Lakin danışıqların keçirildiyi müddətdə də Taliban Əfqanıstandakı yerli və beynəlxalq obyektləri hədəfləyir və ABŞ-dan hava zərbələrinin dayandırılmasını tələb edir.

XS
SM
MD
LG