Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 05:33

Şuşa rayonunda rusiyalı zabit həlak olub


Minaların təmizlənməs (Arxiv fotosu)

Dağlıq Qarabağda Şuşa şəhəri yaxınlığında minaların təmizlənməsi qrupunun üzvü olan rusiyalı zabit partlayış nəticəsində həlak olub.

Rusiyanın RIA Novosti agentliyi bildirir ki, partlayış Şuşaya gedən yolun minalardan təmizlənməsi zamanı baş verib.

Agentlik xəbər verir ki, ağır yaralanmış zabit xəstəxanaya aparılarkən yolda keçinib.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, həlak olmuş hərbçinin ailəsinə bütün lazımi dəstək və yardım göstəriləcək.

XS
SM
MD
LG