Keçid linkləri

2025, 14 Dekabr, bazar, Bakı vaxtı 15:28
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

17:17 7.11.2020

“Bərdəyə mərmi düşüb, yeniyetmə həlak olub”

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, bu gün, noyabrın 7-də Ermənistan silahlı birləşmələri Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub.

“ Saat 16 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.”, məlumatda qeyd edilib.

Azərbaycanın rəsmi qurumları bildirirlər ki, Ermənistan silahlı qüvvələri bundan əvvəl, oktyabrın 27-i və 28-də Bardə rayonuna raket zərbələri endirmişdi. Nəticədə onda da üst-üstə ümumilikdə 25 civarında mülki insanın həlak olduğu 80-dən çoxunun isə yaralandığı bildirilirdi.

13:58 7.11.2020

AMN:“Tərtər, Ağdam və Ağcabədinin kəndləri atşə tutulur”

Ermənistan silahlı qüvvələrinin Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutduğu bildirilir.

Azərbaycan Müdafiə Nazirliyinin (AMN) bununla bağlı noyabrın 7-i, saat 13: 50 radələrində yaydığı məlumata görə, buna qarşı cavab tədbirləri görülür.

12:58 7.11.2020

Prezident :Azərbaycan ordusu daha 16 kəndi işğaldan azad edib

İlham Əliyv, 26 oktyabr 2020
İlham Əliyv, 26 oktyabr 2020

Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanın işğal altında olan 16 kəndinin də azad edildiyini açıqlayıb.

Bu barədə prezident, İlham Əliyev özünün rəsmi “Twitter” hesabında bildirib.

Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir…”

11:07 7.11.2020

AMN: “Ağdamın kəndləri atəşə tutulur”

Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunun Çullu və Çıraqlı kəndlərini də artilleriya atəşinə tutduğu bildirilir.

Bu barədədə isə Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 7-i, saat təqribən 11 radələrində məlumat yayıb.

Amma, hələlik, təlafatla bağlı məlumat yoxdur.

AMN həmçinin qeyd edib ki, Şuşa şəhərini onların fasilələrlə atəşə tutması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər tamamilə həqiqətə uyğun deyil.

“Bildiririk ki, Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb.”,AMN vurğulayıb.

Davamı

XS
SM
MD
LG