AMN: “Yaşayış məntəqələrimiz yenidən atəşə tutulub”
Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan, Hüsənli kəndlərini və Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutduğu deyilir.
Bu məlumat Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 7-i, saat 10:35 radələrində yaydığı açıqlamada yer alır.
Açıqlamaya görə, Azərbaycan ordusu da əks tədbirlər görür.
“Cəbhədə noyabrın 7-nə olan son vəziyyət”
Noyabrın 6-sı gün ərzində, habelə 7 nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun mövqelərini, yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 7-i, səhər saatlarlnda məlumat yayıb.
“Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib ”, məlumatda yazılıb.
Açıqlamaya görə, qarşı tərəf cəbhənin bəzi sahələrində geri çəkilməyə məcbur edilib:
“Hazırda cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir”
MN: Tərtərin kəndləri artilleriya atəşinə tutulur
Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tərtər rayonunun Qazyan, Qaynaq, Qapanlı və Hüsənli kəndlərini artilleriya atəşinə tutduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi noyabrın 6-ı, saat təqribən 18 radələrində məlumat yayıb. Məlumata görə, Azərbaycan ordusu cavab tədbirləri görür.
Hələlik, dağıntı və təlafat barədə məlumat verilmir.
AMN: "Ermənistan törətdiyi cinayətlərdən diqqəti yayındırmağa çalışır"
Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 6-da Xankəndi şəhərinin atəşə tutulduğu ilə bağlı məlumatlara münasibət bildirib.
AMN qeyd edib ki, Ermənistan mətbuatında Azərbaycan ordusunun Xankəndini atəşə tutması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.
"Bu cür məlumatlar yaymaqla Ermənistan müdafiə nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır", - AMN hesab edir.