Keçid linkləri

2026, 10 Avqust, bazar ertəsi, Bakı vaxtı 03:59
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

16:22 13.10.2020

Qırmızı Xaç cəsədləri çıxara bilmir

Oktyabrın 10-da Moskvada əldə olunmuş atəşkəs razılaşmasında Ermənistan qüvvələri ilə Azərbaycanın əsir mübadiləsi, həmçinin, öldürülmüş yüzlərlə əsgərin cəsədlərinin çıxarılması nəzərdə tutulurdu.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) oktyabrın 13-də bildirib ki, Ermənistanla Azərbaycan hələ əsir və cəsəd mübadiləsinin şərtlərini razılaşdırmayıblar.

"Hazırda bu məsələni tərəflərlə qızğın şəkildə müzakirə edirik. Ancaq bu mübadiləni keçirməyə bizə imkan verəcək mənalı razılaşma əldə olunmayıb", – BQXK-nın Avrasiya regionu üzrə direktoru Martin Şüpp Cenevrədə brifinqdə deyib.

15:44 13.10.2020

Pompeo Qarabağla bağlı tvit atdı

"Birləşmiş Ştatlar Azərbaycanı və Ermənistanı razılaşdırılmış atəşkəs öhdəliklərini yerinə yetirməyə, Gəncə və Stepanakert kimi yaşayış məskənlərini hədəfə almağı dayandırmağa çağırır. Biz insan ölümlərini pisləyir, sülh yoluyla həllə sadiq qalırıq", – Dövlət katibi Mayk Pompeo tvitində yazıb.

13:43 13.10.2020

Atəşkəs razılaşmasının icrası müzakirə olunub

Oktyabrın 12-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Moskvada ABŞ-ın Minsk qrupundakı həmsədri ilə görüşüb, oktyabrın 10-da əldə olunmuş atəşkəs razılaşmasının icrası üçün mümkün addımları müzakirə edib.

Rusiya XİN həmin görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi təmsilçisi Anjey Kaspşikin iştirak etdiyini bildirib.

Fransa XİN-in sözçüsü Anes von der Müll isə atəşkəsə qətiyyətlə əməl olunmasının zəruri və təcili olduğunu vurğulayıb.

13:39 13.10.2020

Ermənistanın Müdafiə Nazirliyi atəşkəsi pozması ittihamlarını rədd edib, Azərbaycan tərəfinin cəbhə xəttinin cənub, şimal və şimal-şərq sektorlarında fəal raket və artilleriya atəşinin müşayiəti ilə əməliyyatları bərpa etdiyini bildirib.

Davamı

XS
SM
MD
LG