Keçid linkləri

2026, 10 Avqust, bazar ertəsi, Bakı vaxtı 06:14
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

14:54 12.10.2020

Etnik erməni və Azərbaycan qüvvələrinin ötən həftəsonu Rusiyanın vasitəçiliyi ilə əldə etdiyi atəşkəs razılaşmasına əməl etməsi çox vacibdir. Bunu Kremlin sözçüsü Dmitri Peskov bu gün – oktyabrın 12-də deyib.

"Reuters" Peskova istinadla yazır ki, Kreml baş verənləri diqqətlə izləyir.

14:51 12.10.2020
Lavrov Mnatsakanyanla görüşdü
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00


Lavrov atəşkəsdən danışdı

"Gördüyümüz kimi, bu razılaşmaya tam əməl olunmur, əməliyyatlar davam edir", – Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zöhrab Mnatsakyanla danışıqlardan öncə deyib.

"Ümidvarıq, sizinlə və azərbaycanlı həmkarlarınız, eləcə də müdafiə nazirliklərindən olanlarla təmaslarımız üçtərəfli formatda əldə olunmuş razılaşmaların tam icrasına kömək edəcək", – Lavrov vurğulayıb.

13:34 12.10.2020
Dağıntılar altından çıxarılan Gəncə sakinləri danışır
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

13:32 12.10.2020

Xarici diplomatlar Gəncədə

Oktyabrın 12-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər ediblər.

AZƏRTAC-ın xəbərinə görə, diplomatları Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Səfərin məqsədinin diplomatları raket zərbələri endirildikdən sonra Gəncədəki mövcud vəziyyətlə tanış etmək olduğu açıqlanıb.

Azərbaycan rəsmi qurumları bildirir ki, oktyabrın 11-i saat 2 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən kənarda yerləşən Gəncə şəhərinə raket zərbələri endirib. Nəticədə 9 dinc sakinin öldüyü, 39-nun isə yaralandığı deyilir.

Davamı

XS
SM
MD
LG