Keçid linkləri

2026, 10 Avqust, bazar ertəsi, Bakı vaxtı 06:49
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

12:17 12.10.2020

Yaralıların sayının 207-yə çatdığı bildirilir

Azərbaycan Baş Prokurorluğu oktyabrın 12-də cəbhədə mülki əhalinin itkiləri ilə bağlı növbəti məlumat yayıb. Həmin məlumata görə, sentyabrın 27-dən (Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində döyüşlər başlanan tarixdən) hazırkı vaxtadək qarşı tərəfin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 41 mülki şəxs həlak olub, 207 nəfər yaralanıb: ​"Bundan başqa, 148 mülki obyekt və 1185 yaşayış evi, 57 çoxmərtəbəli yaşayış binası yarasız hala düşüb".

12:05 12.10.2020

Azərbaycan 3 PUA vurduğunu deyir

Ermənistanın 3 ədəd pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 12-si saat 11:50 radələrində məlumat yayıb.

Məlumatda yazılıb ki, oktyabrın 12-ə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində onların 2, səhər saat 10:00 radələrində isə Ağdam rayonu istiqamətində 1 PUA-sını hava hücumundan müdafiə bölmələri vurub.

Bu məlumata Ermənistan Müdafiə Nazirliyinin münasibəti, hələlik, açıqlanmayıb.

12:04 12.10.2020
Şuşa xəstəxanasının keçmiş rəhbəri: 'Bizi bir-birimizə düşmən elədilər'
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

11:51 12.10.2020

"Azərbaycan humanitar atəşkəs rejiminə ciddi riayət edir"

Azərbaycan ordusunun humanitar atəşkəs rejiminə ciddi riayət etdiyi bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 12-si saat 11:34-də məlumat yayıb.

"Ermənistan tərəfinin guya Azərbaycan ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır. Bildiririk ki, Azərbaycan ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir", - məlumatda yazılıb.

Azərbaycan tərəfi üç gün əvvəl, oktyabrın 9-da Hadrut qəsəbəsinin işğaldan azad edildiyini bildirib.

Davamı

XS
SM
MD
LG