Keçid linkləri

2026, 10 Avqust, bazar ertəsi, Bakı vaxtı 07:50
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

10:06 12.10.2020

Ağdam rayonu atəşə tutulub

Ağdam rayonu ərazisini Ermənistan silahlı qüvvələrinin atəşə tutduğu bildirilir.

Bu məlumatı oktyabrın 12-i saat 8:32-də Azərbaycan Müdafiə Nazirliyi (MN) yayıb.

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-u və 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə sənəd imzalamışdılar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12-dən cəbhədə tərəflər arasında atəşkəs əldə edilməliydi.

Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi açıqlanıb. Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncə raket zərbələrinə tutulub. Bu zaman 9 nəfər dinc sakinin həlak olduğu, 39-nun isə yaralandığı açıqlanıb.

10:05 12.10.2020
Bakı sakinləri atəşkəs razılaşması haqda nə düşünür? - Sorğu
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

20:40 11.10.2020

Ceyhun Bayramov Endryu Şofer-lə də danışıb

Bu gün, oktyabrın 11-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer arasında da telefon danışığı baş tutub.

“Nazir Ceyhun Bayramov azərbaycanlı mülki şəxslərin və obyektlərin humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan ( oktyabrın 10-u saat 12-00) sonra da Ermənistan tərəfindən qəsdən atəşə tutulması barədə qarşı tərəfi məlumatdırıb. ”,deyə açıqlamada yazılıb.

Açılamaya görə, O amerkalı həmsədrə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalması ilə də bağlı məlumat verib:

“ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şofer bölgədəki gərginliyin humanitar atəşkəsin əldə edilməsindən sonra da davam etməsinin ciddi narahatlıq doğurduğunu bildirib və məsələnin həlli üzrə siyasi dialoqun zəruriliyini vurğulayıb”.

19:55 11.10.2020

Ceyhun Bayramov həmsədrlərlə danışıb

Ceyhun Bayramov
Ceyhun Bayramov

Bu gün, oktyabrın 11-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, danışıq C.Bayramovun təşəbbüsü ilə gerçəkləşib:

“Nazir Ceyhun Bayramov humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra belə Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutmaqda davam etdiyi barədə qarşı tərəfə məlumat verib.”

Açıqlamaya görə, o qeyd edib ki, humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd göstərib:

“ Erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını diqqətə çatdırıb. Nazir Gəncəyə edilən hücum nəticəsində 9 mülki şəxsin həlak olduğu, o cümlədən aralarında azyaşlı uşaqlar olmaqla, 35 nəfərin yaralandığı diqqətə çatdırılıb”

Açıqlamada qeyd edilib ki, O, bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu bildirib:

“ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib və əldə edilmiş Moskva razılaşmasının şərtlərinə riayət edilməsinin vacibliyini vurğulayıb.”

XİN-in məlumatına görə, oktyabrın 11-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti ilə də telefon danışığı baş tutub.

Ceyhun Bayramovun eyni məsələləri Stefan Viskonti-nin də diqqətinə çatdırdığı bildirilir.

Davamı

XS
SM
MD
LG