Ermənistanın Müdafiə Nazirliyi Gəncənin vurulması haqda məlumatları “tamamilə yalan” adlandırıb və Azərbaycanı Dağlıq Qarabağın Xankəndi daxil bəzi hissələrini atəşə tutmaqda ittiham edib.
AMN: “Kəndlərimiz atəşə tutulur”
Ermənistan silahlı qüvvələrinin Ağdam, Tərtər, Ağcəbədi və Füzuli rayonlarının kəndlərinə atəş açdığı bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 11-i saat 17-36-da məlumat yayıb.
Prezident İlham Əliyev habelə yazib ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub.
O, bildirib ki, bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır.
Dövlət başçısının vurğulamasına görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır.
O daha sonra da qeyd edib ki, Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək
Prezident Gəncənin vurulmasını belə dəyərləndirdi
AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 11-də Gəncə şəhərinə raket hücumu ilə bağlı “Twitter” hesabında yazı paylaşıb.
Xəbərə görə, orada qeyd edilib ki, Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlikdir.