Keçid linkləri

2026, 10 Avqust, bazar ertəsi, Bakı vaxtı 19:20
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

23:47 4.10.2020

“Xızı və Abşeron bölgəsinə iki 300 kilometr məsafəli orta mənzilli raket atılıb”

Ermənistan silahlı qüvvələrinin Xızı rayonuna raket zərbəsi endirdiyi bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 4-də özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Xızı və Abşeron bölgəsinə iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atılıb.

Abşeron rayonu paytax Bakının qonşulugunda yerləşir.

23:17 4.10.2020

“Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir”

AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

H.Hacıyev qeyd edib: “Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi”.

22:55 4.10.2020

“ Mingəçevir və Tərtər atəşə tutulub”

Ermənistan silahlı qüvvələrinin Mingəçevir şəhərinə raket zərbələri, Tərtər şəhərininə isə artilleriya zərbələri endiridiyi bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nzirliyi (AMN) oktyabrın 4-də saat 22-38-də məlumat yayıb.

Məlumatda qeyd edilib ki, yaralananlar var.

21:59 4.10.2020

Prezident Əliyev: “Mənim şərtim birdir”

Prezidetn İlham Əliyev Cəbrayıl şəhərinin işğaldan azad olunması xəbərini və cəbhədə gedən hərni əməliyyatlarla bağlı çıxış edir, 4 oktyabr 2020
Prezidetn İlham Əliyev Cəbrayıl şəhərinin işğaldan azad olunması xəbərini və cəbhədə gedən hərni əməliyyatlarla bağlı çıxış edir, 4 oktyabr 2020

Prezident İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində Azərbaycanın Ermənistan rəhbərliyinə şərtindən də danışıb.

“Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın ”, AZƏRTAC-ın xəbərinə gprə, deyə o vurğulayıb.

Prezidentin qeyd etməsinə görə, amma bunu sözdə yox, əməldə göstərməlidir:

“ Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki, indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir.”

“Bizi belə sadəlövh sayırlar bunlar?”

Prezident əlavə edib ki, “biz dayansaq, onlar dayanmayacaq”:

“Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam.”

Prezidentin sözlərinə görə, Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır:

“ …Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Davamı

XS
SM
MD
LG