Keçid linkləri

2026, 10 Avqust, bazar ertəsi, Bakı vaxtı 19:55
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

21:24 4.10.2020

“Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edilib”

Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün, oktyabrın 4-də xalqa müraciətində bəyan edib.

Prezident İlham Əliyev Cəbrayıl və digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitləri ürəkdən təbrik etdiyini vurğulayıb.

O, daha sonra Cəbrayil rayonunda azad edildiyini bildirdiyi kəndlərin adını açıqlayıb.” Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib. Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi...”, - deyə dövlət başçısı bildirib.

20:21 4.10.2020

Ceyhun Bayramov Endryu Şofer-lə danışıb

Oktyabrın 4-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun təşəbbüsü ilə onun ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Endryu Şofer arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd edilib ki, Ceyhun Bayramov Amerikalı həmsədrə bölgədəki yüksək gərginlik, xüsusən də Ermənistanın mülki şəxsləri və obyektləri məqsədyönlü atəşə tutması barədə məlumat verib.

XİN-in bildirməsinə görə, O eyni zamanda vurğulayıb ki, Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə raket atəşinə tutulub.

Açıqlamaya görə, Endryu Şoferə məlumat verilib ki, sentyabrın 27-dən bəri Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 24 mülki şəxs həlak olub, 111 nəfər isə yaralanıb.

“Bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə edən Endryu Şofer, atəşkəsə riayət edilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının bölgədə sülhün təmin olunması baxımından zəruri olduğunu bildirib.”, məlumatda yazılıb.

C.Bayramov oktyabrın 4-də ATƏT-in Minsk Qrupunun Rusiya və Fransadan olan həmsədrləri ilə də danışmışdı.

19:39 4.10.2020

14 yaşlı uşağın dağıntılar altında qaldığı bildirilir

Oktyabrın 4-də günün ikinci yarsı Azərbaycan Baş Prokurorlugu cəbhədə mülki əhalinin itkiləri ilə bağlı növbəti açıqlama yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunu növbəti dəfə ağır artilleriyadan atəşə tutub. Qeyd edilib ki, oktyabrın 4-də saat 15 radələrində yeməkxanaya top mərmilərinin düşməsi nəticəsində orada olan Taynaq kənd sakini 2006-cı il təvəllüdlü Fərid Dilafət oğlu İsgəndərov dağıntılar altında qalaraq həlak olub.

Rəsmi qurumlar bundan əvvəl bildiriblər ki, sentyabrın 27-də cəbhədə döyüşlər başlayandan bəri Azərbaycan tərəfdən mülki əhalidən 24 nəfər qarşı tərəfin atəşləri nəticəsində həlak olub, 111 nəfər yaralanıb.

18:52 4.10.2020

Mübariz İbrahimovun təkbaşına döyüşdüyü postun azad edildiyi deyilir

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək həlak olduğu posta Azərbaycan Bayrağının sancıldığı bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu gün, oktyabrın 4-də qeyd ediblər ki, artıq həmin post işğaldan azad edilib və orada Azərbaycan Bayrağı dalğalanır.

Davamı

XS
SM
MD
LG