Prezident: “Azərbaycan Ordusu daha bir neçə kəndi işğalda azad edib”
“Bu gün ( oktyabrın 3-də) Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad edib.Qarabağ Azərbaycandır!”
Bunu da Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb
O, bir neçə saat əvvəl isə Madagizin işğaldan azad olunması ilə bağlı məlumat açıqlamışdı.Daha sonra isə həmin kəndin adını dəyişdiyini bildirmişdi.“2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır”, deyə o yazmışdı.
Suqovşan (Madagiz) Tərtər rayon Çaylı kənd inzibati ərazi dairəsində kənddir.
Əvvəl bu kənd Ağdərə rayonuna daxil olub.Sonra Ağdərə rayonu ləğv edildiyindən Tərtər rayonun ərazisinə verilib.
1992-ci ildə işğaldan azad edilmişdi.1994-cü ilin aprelində yenidən işğala məruz qalmışdı.
“Madagiz işğaldan azad olunub”
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı, prezident İlham Əliyev bu gün, oktyabrın 3-də 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
“ Ona tapşırıq verdi ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş komandana öz təşəkkürünü bildirdi, Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir”, məlumatda yazılıb.
Azərbaycan prezidenti: “ Madagizin tarixi adını bərpa edirəm”
“2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!"
Bunu Azərbaycan prezidenti İlham Əliyev özünün rəsmi Tvitter səhifəsində yazıb.