Keçid linkləri

2026, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 03:12
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

18:54 30.9.2020

Mülki əhalidən ölənlər 15-ə çatdı

Azərbaycan Baş Prokurorluğu sentyabrın 30-da cəbhədə mülki əhali arasında itkilər ilə bağlı növbəti açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 30-da saat 16 radələrində Füzuli rayonunun Horadiz şəhərində yerləşən yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığına düşmüş top mərmisinin qəlpələrindən 1990-cı il təvəllüdlü Murad Rüstəmov həlak olub: "Üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, məntəqəyə ciddi ziyan dəyib".

17:14 30.9.2020

14 bölgədə 420 məktəb...

"Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumu nəticəsində respublikanın 14 regionunda 420 məktəbdə təhsil ya dayandırılıb, ya da məhdudlaşdırılıb".

Bunu təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı sentyabrın 30-da keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları ilə bağlı 9 məktəbə zərər dəyib. "Mülki əhaliyə açılan atəş nəticəsində bir müəllim yaralanıb", - o qeyd edib.

17:13 30.9.2020
Tərtər şəhəri atəşə tutulub, yaralılar var
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

17:03 30.9.2020

Azərbaycan prezidenti: 'Bizim işimiz haqq işidir…'

Sentyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyev ilə xanımı Mehriban Əliyeva sentyabrın 27-dən bəri cəbhə bölgəsində yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı onların qarşısında çıxışında deyib ki, "bizim işimiz haqq işidir": "Biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar".

"Mən erməni xalqına üz tutub demək istəyirəm ki,..."

Dövlət başçısı sonra da deyib: "Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik".

Davamı

XS
SM
MD
LG