Keçid linkləri

2026, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 03:52
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

10:26 30.9.2020

7 Tərtər sakini artilleriya zərbələrindən yaralanıb

Azərbaycan Baş Prokurorluğu cəbhədə mülkü şəxslərin xəsarət alması ilə bağlı növbəti açıqlama yayıb.

Sentyabrın 30-da yayılan məlumata görə, Ermənistan hərbi birləşmələri növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutublar. Bildirilir ki, sentyabrın 30-da saat 8:00 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, o cümlədən mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vurulub.

Baş Prokurorluğun sentyabrın 29-da axşam saatlarında yaydığı məlumatda isə qeyd edilirdi ki, son günlər cəbhə bölgəsində Azərbaycan tərəfdən həlak olan mülkü insanların sayı 12-yə çatıb. 35 nəfərin də müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirildiyi bildirilirdi.

Amma Azərbaycanın rəsmi qurumları sentyabrın 27-dən qoşunların təmas xəttində ağır silahların işə düşməsindən bəri hərbi qulluqçuların həlak olması və yaralanması ilə bağlı dəqiq say açıqlamayıblar.

10:14 30.9.2020

Tərtər atəşə tutulub

"Sentyabrın 30-da səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur".

Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi (AMN) sentyabrın 30-da saat 8:25-də yayıb.

"İlkin məlumata görə, mülki infrastruktura ziyan dəyib və yaralılar var", -məlumatda qeyd edilir.

Tərtərdə yaşayış binaları topla vurulub
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

10:01 30.9.2020

Döyüşlər davam edir

"İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir".

Bu məlumatı isə AMN sentyabrın 30-da saat 8:33-də yayıb.

Məlumatda habelə bildirilir ki, itirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən qarşı tərəf sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Azərbaycan ordusunun əks-həmlə əməliyyatı keçirdiyi vurğulanıb.

"Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir", - AMN açıqlayıb.

08:48 30.9.2020

BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağı müzakirə etdi

BMT-nin Təhlükəsizlik Şurası Ermənistan və Azərbaycan qüvvələrini Dağlıq Qarabağ regionunda döyüşləri “dərhal dayandırmağa” çağırıb.

Sentyabrın 29-da 15 üzvlük şuranın yekdilliklə qəbul etdiyi bəyanatda Baş katib Antonio Quterresin çağırışına dəstək ifadə olunur. Baş katib gərginliyi azaltmağa və mənalı danışıqlara qayıtmağa çağırmışdı.

Təhlükəsizlik Şurası “Dağlıq Qarabağ münaqişə zonasındakı Təmas Xəttində irimiqyaslı hərbi əməliyyatlardan narahatlıq bildirir” və “gücdən istifadə”ni qətiyyətlə pisləyir.

Davamı

XS
SM
MD
LG