Keçid linkləri

2026, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 04:08
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

22:42 29.9.2020

Həlak olan mülkü şəxslərin sayı 12-yə çatıb

Son günlər cəbhə bölgəsində Azərbaycan tərəfdən həlak olan mülkü insanların sayı 12-yə çatıb.

Bu barədə Azərbaycan Baş Prokurorlugu sentyabrın 29-da axşam saatlarında məlumat yayıb:

“Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 12 nəfər şəxs isə həlak olub”.

Prokurorluğun açıqlamasına görə, “təcavüzkar Ermənistanın mülki obyektləri atəşə tutması nəticəsində 66 yaşayış evi, 8 mülki obyekt yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub”.

Amma Azərbaycanın rəsmi qurumları sentyabrın 27-dən qoşunların təmas xəttində ağır sialhların işə düşməsindən bəri hərbi qulluqçuların həak olması və yaralanması ilə bağlı dəqiq say açıqlamayıblar.

21:13 29.9.2020

Paşinyan Putinə zəng edib

AzadlıqRadiosunun Erməni xidməti Kremlə istinadən xəbər verir ki, erməni tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın arasında telefon söhbəti olub.

Məlumatda deyilir ki, söhbət zamanı Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub:

“Vladimir Putin davam edən döyüş əməliyyatları ilə bağlı narahatlığını ifadə edib. Qarşıduran tərəflərin atəşi dayandırmasının və böhranı deeskalasiya etməsinin zəruriliyi vurğulanıb”.

20:33 29.9.2020

“Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.”

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

“Erməni KİV-lərinin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır. Bu, erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.”,deyə o qeyd edib.

18:29 29.9.2020

ABŞ dövlət katibi atəşkəsə çağırıb

ABŞ dövlət katibi Mayk Pompeo Ermənistanı və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırıb.

"Reuters" agentliyinin verdiyi məlumata görə, Pompeo sentyabrın 29-da Krit adasına səfəri əsnasında Dağlıq Qarabağda gedən döyüş əməliyyatlarını Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə müzakirə edib.

Pompeo bu görüş zamanı deyib: "Xarici işlər naziri və mən Dağlıq Qarabağdakı münaqişəni müzakirə etdik. Orada hər iki tərəf zorakılığı dayandırmalı və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mahiyyəti üzrə danışıqlara mümkün qədər tez qayıtmalıdır".

Fransa da Minsk qrupu çərçivəsində danışıqlara qayıdılmasına çağırıb.

Fransa prezidenti Emmanuel Makron sentyabrın 29-da deyib: "Biz qarşıdan gələn günlərdə nələrin baş verdiyinin, kimin cavabdehlik daşıdığının və çıxış yolunun aydınlaşdırılması üçün Minsk qrupu üzrə koordinasiyaya təkan verməliyik".

Azərbaycan qismən hərbi səfərbərliyə başladı
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Davamı

XS
SM
MD
LG