Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Belarus şirkətləri ölkəni tərk edirlər


Mikita Mikado
Mikita Mikado

Belarusun 12 şirkəti Latviyaya köçəcək və 470 işçisini özü ilə aparacaq. Bu barədə məlumatı Latviya İqtisadiyyat Nazirliyinə istinadən Rusiyanın Meduza qəzeti verib.

Şirkətlərin adları açıqlanmasa da onların əksəriyyətinin IT sferasında işlədiyi bildirlir.

Bu da xəbər verilir ki, Latviyaya şirkətlərlə birlikdə rəhbərlik və əsas mütəxəssislər köçəcək.

Latviya İqtisadiyyat Nazirliyi bildirir ki, bu ölkənin ərazisinə köçmək üçün 116 Belarus şirkəti müraciət edib.

Bundan əvvəl PandaDoc texnologiya layihəsinin rəhbərliyi Belarus ərazisində fəaliyyətini dayandırdığını xəbər vermişdi.

Şirkət özü ilə birlikdə 250-dək işçisini də ölkədən çıxaracaq. Bundan əvvəl PandaDoc şirkətinin 4 əməkdaşını büdcə vəsaitlərinin mənimsənməsi ittihamı ilə həbs etmişdilər.

Lukaşenkanı valyutasız qoymaq

Şirkətin rəhbəri Mikita Mikado öz əməkdaşlarının həbs olunmasını onların müxalifəti dəstəkləməsi ilə izah etmişdi.

Mikado öz müraciətində demişdi ki, hakimiyyətə “iqtisadi, siyasi, informasiya təzyiqi göstərəcək və başqa ölkəyə köçməklə Lukaşenka rejimini valyuta gəlirindən məhrum edəcək”.

Belarusdan əməkdaşlarının bir hissəsini Rusiyanın Yandeks axtarış şirkətinin yerli ofisi də çıxarıb.

O vaxt bu ofisə Belarus DİN-in əməkdaşları reyd keçirmişdilər. Onların nə axtardıqları bildirilmirdi.

Yandeksin ofisində axtarışdan bir gün əvvəl bir sıra IT şirkətləri hakimiyyətdən etirazçılara qarşı zorakılığı dayandırmağı tələb edən bəyanat vermişdilər.

Onlar Lukaşenkanı prezident etmiş seçkinin nəticələrinin ləğvini və yeni seçki keçirilməsini tələb edirdilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG