Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Şimali Makedoniya NATO üzvü oldu


Şimali Makedoniya parlamentinin qarşısında NATO bayrağı qaldırılarkən
Şimali Makedoniya parlamentinin qarşısında NATO bayrağı qaldırılarkən

Şimali Makedoniya rəsmən NATO-nun 30-cu üzvü olub. Bu barədə məlumatı şimal alyansının özü yayıb.

NATO-nun bəyanatında deyilir ki, Şimali Makedoniya alyansa qoşulmaq məqsədilə “qəbul sənədini” Vaşinqtonda ABŞ Dövlət Departamentinə təqdim edib.

NATO müttəfiqləri Şimali Makedoniyanın alyansa qəbuluna dair protokolu hələ 2019-cu ilin fevralında imzalamışdılar.

O vaxtdan bəri müttəfiq ölkələrin parlamentləri bu sənədi ratifikasiya ediblər.

NATO baş katibi Jens Stoltenberg bu hadisə münasibətilə Twitter-də yazıb:

“Şimali Makedoniya 30 ölkəni və 1 milyard insanı təmsil edən NATO ailəsinə daxil olur”.

Martın 30-da NATO-nun Brüsseldəki qərargahının qarşısında Şimali Makedoniyanın bayrağı qaldırılacaq.

Makedoniya prezidenti Stevo Pendarovski ölkəsinin NATO-ya qoşulmasına dair yekun sənədi martın 20-də imzalayıb.

Bundan az əvvəl, martın 17-də İspaniya parlamenti Şimali Makedoniyanın NATO-ya qəbuluna dair protokolu ratifikasiya etmişdi.

İspaniya protokolu ratifikasiya edən sonuncu üzv ölkə idi.

İspaniya parlamenti koronavirus böhranına görə protokolu video səsverməsi ilə təsdiqləyib.

Şimali Makedoniyaya NATO-ya üzvlük protokolu 2019-cu ilin fevralında verilmişdi.

Bu, 2018-ci ildə ölkənin adının dəyişdirilməsinə dair sazişin Yunanıstan tərəfindən imzalanması nəticəsində mümkün olub.

Yunanıstan bundan əvvəl Makedoniya adına etiraz edirdi. Afina bildirirdi ki, Makedoniya Yunanıstanın tarixi vilayətinin adıdır və dolaşıqlıq yaranmaması üçün Skopye ölkənin adını dəyişdirməlidir.

Afina və Skopye arasında uzun sürən, məşəqqətli danışıqların nəticəsində dünyanın xəritəsinə yeni – Şimali Makedoniya adı yazılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG