Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:44

Makedoniya artıq rəsmən ‘Şimali Makedoniya’ adlanır


Makedoniya-Yunanıstan sərhədi
Makedoniya-Yunanıstan sərhədi

Makedoniya hökuməti ölkənin adının dəyişdirildiyini, artıq rəsmən Şimali Makedoniya Respublikası olduğunu açıqlayıb. Bu, Yunanıstanla əldə olunan razılaşma nəticəsində mümkün olub. Sənəd artıq ölkənin NATO üzvlüyünə də yolunu açıb.

“Sizə Şimali Makedoniya Respublikasının konstitusiyasına düzəlişlərin olunması barədə məlumat veririk”, – hökumət yanvarın 12-də açıqladığı bəyanatda deyir.

Ölkə parlamenti yanvarın 11-də konstitusiyaya dörd düzəlişi qəbul edib. Onlardan biri ölkənin adının dəyişdirilməsi ilə bağlı idi. Düzəlişlər rəsmi qəzetdə dərc olunub, hökumət bildirir.

Xarici işlər naziri Nikola Dimitrov Yunanıstanla diplomatik notaların yekun olaraq dəyişdirildiyini vurğulayıb.

“KEÇMİŞİMİZİ DƏYİŞƏ BİLMƏRİK...”

Qoy bu gün Yunanıstanla Şimali Makedoniya arasında uzun dostluğun başlanğıcı olsun. Keçmişimizi dəyişə bilmərik, amma dostluğumuzun, tərəfdaşlıq və əməkdaşlığımızın gələcəyini formalaşdıracağıq”, – nazir tvitində yazıb.

NATO-nun Baş katibi Jens Stoltenberg (sağda) və Nikola Dimitrov
NATO-nun Baş katibi Jens Stoltenberg (sağda) və Nikola Dimitrov

Artıq fevralın 13-dən yeni ad bir sıra rəsmi yol nişanlarına salınacaq. Bu işə Yunanıstanla sərhəddən başlanacaq. Bunu anonimlik şərtilə danışan rəsmi deyib.

Makedoniya 1991-ci ildə müstəqillik əldə edəndən Yunanıstan onun adına etiraz edir, bu adın özünün şimalındakı Makedoniya adlı regiona ərazi iddialarını ortaya qoyduğunu deyirdi. Bununla da Skopyenin Avropa Birliyi və NATO üzvlüyünə yolu bağlanmışdı.

Hər iki ölkənin millətçiləri ad məsələsi üzrə danışıqlara qarşı çıxırdılar. Onlar qarşı tərəfə həddən artıq güzəştə gedildiyini bildiriblər.

Amma Yunanıstanın Baş naziri Alexis Tsipras makedoniyalı həmkarı Zoran Zaev-lə birlikdə münasibətlərin normallaşmasını hədəfləyən razılaşmanı əldə edə bildilər.

Dimitrov fevralın 6-da NATO-ya qoşulma razılaşmasını imzalayıb. Bu, Skopyenin alyansın 30-cu üzvünə çevrilməsi yolunda vacib addım sayılır.

Fevralın 8-də Yunanıstan parlamenti Makedoniya-NATO razılaşmasını təsdiqləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG