Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:26

Şahvələd Çobanoğlunun ölkədən çıxışına məhdudiyyət götürülüb


Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu

Jurnalist Şahvələd Çobanoğlunun (Namazovun) ölkədən çıxışına qoyulan məhdudiyyət götürülüb.

Bu barədə onun özü məlumat verib.

Şahvələd Çobanoğlu bildirib ki, bu günlər koronavirus səbəbindən xəstəxanada müalicə alıb:

“Xəstəxanada vəziyyətim yaxşı olmayanda, qızım yaxınlara və dostlara demişdi ki, Gülhanə xəstəxanasındakı (Türkiyədə) hocaları deyib, atanı ora gətirsələr, həm Covid-in fəsadlarını, həm ürəkdə yaranan problemi, həm də əvvəldən olan xəstəliklərini müalicə edərlər”.

Jurnalist qeyd edib ki, ölkədən çıxışına qadağa olduğuna görə bunun mümkün olub-olmadığını bilməyib:

“Vəkilim Zibeydə Sadıqova prokurorluğa təcili teleqram vurub, məhkəməyə yenidən müraciət edib ki, sağlıq durumuma görə, ölkədən çıxışıma qadağanı müvəqqəti də olsa, götürsünlər. Bəlli olub ki, ölkədən çıxışıma qadağa bir ay öncə götürülüb, amma xəbər verməyiblər”.

Bu məlumata, hələlik, Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Şahvələd Çobanoğlu son illər “Azadlıq” qəzeti və başqa işlərlə bağlı Baş Prokurorluqda bir neçə dəfə şahid qismində dindirilib.

Jurnalistin deməsinə görə, ona bildirilib ki, ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən məhdudiyyət qoyub.

Çobanoğlu hökumətin fəaliyyətini tənqid edən yazıların müəllifidir. Müxtəlif vaxtlarda «7 gün», «Azərbaycan» qəzetlərinin müxbiri, «Hürriyyət», «Günaydın» qəzetlərinin baş redaktoru işləyib, «Azadlıq» qəzeti və bir sıra media orqanları ilə əməkdaşlıq edib.

2013-cü ildən bəri Azərbaycanda 10-dan çox jurnalistin ölkədən çıxışına məhdudiyyət qoyulub. Onlardan bəziləri bundan məhkəməyə müraciət ediblər.

Ancaq yerli məhkəmələr həmin şikayətlərin əksəriyyətini təmin etməyib. Şikayəti təmin olunmayan jurnalistlərdən 9-u Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) üz tutub.

Keçən ilin mayında ölkədən çıxışına qadağa qoyulan jurnalistlərdən bəzilərinə (əvvəllər Meydan TV ilə əməkdaşlıq edənlərə) qoyulan məhdudiyyət götürülüb.

Amma ayrı-ayrı media orqanları ilə əməkdaşlıq edən bəzi jurnalistlərin isə ölkədən çıxışına məhdudiyyətin hələ də qaldığı bildirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG