Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Çin ABŞ-ı ‘əsrin yalanında’ ittiham edib


Sintzyanda pambıq tarlası
Sintzyanda pambıq tarlası

Çin hökuməti ABŞ-ı Sintzyan vilayətindən pambıq və pomidor idxalına qoyulmuş qadağanı dərhal qaldırmağa çağırıb.

Pekin bildirir ki, Vaşinqtonun bu bölgədə məcburi əməkdən istifadə olunduğuna dair iddiaları “əsrin yalanıdır”.

Xarici işlər naziri Jao Lijian yanvarın 14-də Vaşinqtonu Çin şirkətlərinə və ölkənin inkişafına ziyan vurmaq niyyətində ittiham edib.

ABŞ-da müddətini başa vurmaqda olan Donald Tramp administrasiyası Çin rəsmiləri, şirkətləri və malları üzərinə Çində insan haqları, təhlükəsizlik və başqa məsələlərə görə silsilə sanksiyalar elan edib.

Pekin beynəlxalq təşkilatlar tərəfindən Sintzyanda apardığı siyasətə görə tənqid olunur.

Pambıq və pomidor

BMT bildirib ki, bu vilayətdə etnik uyqurlardan və müsəlmanlardan ibarət 1 milyonadək insan “antiterror mərkəzlərində” məhbus edilib.

BMT bunu da bildirir ki, Çin hökuməti milyonlarla insanı “təkrar tərbiyələndirmə” mərkəzlərində saxlayır.

Pekin bildirir ki, bu mərkəzdə saxlananlar sonradan Çin cəmiyyətinə reinteqrasiya olunacaq.

İnsan haqları müdafiəçiləri habelə Çini yüz minlərlərlə insanı əmək düşərgələrində işləməyə məcbur etməkdə günahlandırırlar.

Çinin üzərinə iqtisadi təzyiqi artırmağa çalışan Vaşinqton yanvarın 13-də bildirib ki, bu ölkənin Sintzyan vilayətindən idxal olunan pambıq və pomidor ABŞ-ın gömrük məntəqələrində saxlanacaq.

Məcburi əməyin məhsulu

ABŞ Gömrük və Sərhəd Xidmətinin bəyanatında deyilir ki, Çindən gələn malların araşdırılması onların istehsalında məcburi əməkdən, biyardan, hərəkət azadlığının məhdudlaşdırılmasından, təhdid vıə hədələrdən istifadə olunduğunu, habelə işçilərin əmək şəraitinin ağırlığını və maaşların vaxtında ödənilməməsini göstərib.

Bəyanatda deyilir ki, ABŞ hökuməti ölkəyə idxal edilən malların istehsalında hər hansı formada məcburi əməyə dözümlülük göstərməyəcək.

ABŞ habelə Çini əmək düşərgələrini bağlamağa və insan haqlarının pozulmasını dayandırmağa çağırıb.

Bu bəyanata reaksiyasında cənab Jao ABŞ-ı, ittiham etməzdən əvvəl faktlara əsaslanmağa çağırıb.

O habelə ABŞ-ı Sintzyanla bağlı məsələlərdən Çinin daxili işlərinə qarışmaq üçün bəhanə kimi istifadə etməməyə dəvət edib.

Sintzyan Çinin ən böyük pambıq təchizatçılarından sayılır və ABŞ-ın hər hansı potensial qadağanı Pekin üçün son dərəcə ağrılı ola bilər.

Bu arada Britaniya və Kanada da bildiriblər ki, məcburi əməklə bağlı olduğu iddial edilən malların idxalına son qoya bilərlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG