Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Çernobıl zonasında yeni yanğınlar davam edir


Çernobıl yasaq zonasının yaxınlığında yanğın
Çernobıl yasaq zonasının yaxınlığında yanğın

Ukraynada 1000-dən çox yanğınsöndürən istifadəsiz qalmış Çernobıl nüvə elektrik stansiyasının həndəvərində yenidən başlanmış yanğının qarışısını almağa göndərilib.

Yeni yanğın aprelin 16-da başlanıb və aprelin 17-də gün ərzində davam edirdi. Hərçənd budəfəki yanğının miqyasca daha kiçik olduğu xəbər verilir.

Gün ərzində əsən güclü küləklər yanğının söndürülməsinə ciddi maneçilik törədib.

Ukrayna Fövqəladə Vəziyyətlərə Çevik Reaksiya Mərkəzinin direktoru Volodymyr Demchuk deyib ki, Kiyev və Kiyev regionunda radioaktiv fon yol verilən norma çərçivəsindədir.

Bundan əvvəl aprelin 14-də stansiyanın yaxınlığına gəlib çıxan meşə yanğınını söndürmək mümkün olmuşdu.

Havanın yağışlı olması da buna kömək etmişdi.

İnsan yaşayışı olmayan yasaq ərazidə meşə yanğınları aprelin 3-dən başlanmışdı. Fövqəladə Hallar Xidməti bildirmişdi ki, yanğın radioaktiv material qalıqlarının yığıldığı əraziyə təhlükə təşkil etmir.

Ətraf mühit ekspertləri isə narahat idilər ki, külək radioaktiv tozları havaya sovuraraq başqa yerlərə apara bilər.

Kiyevə tüstü hardan gəlib?

Yasaq zonası Ukrayna paytaxtı Kiyevin 100 kilometrliyində yerləşir.

Lakin aprelin 17-də rəsmilər Çernobıl yasaq zonasındakı yanğının tüstüsünün Kiyev tərəfə axmasını inkar ediblər.

Halbuki hökumət bundan əvvəl tamamailə fərqli bəyanat vermişdi.

Ukrayna Fövqəladə Hallar Xidmətinin rəhbəri Mykola Chechotkin aprelin 17-də prezident Volodymyr Zelenskiy-ə deyib ki, Kiyevdə müşahidə olunan sis Çernobıl zonasında baş verən yanğınla əlaqədar deyil.

Bunun ardınca daxili işlər naziri Arsen Avakov da Kiyevdəki qatı tüstünün Çernobıldan gəlmədiyini bəyan etmişdi.

Avakov demişdi ki, Kiyevdə müşahidə olunan tüstünün 90 faizi Jitomir regionundan gəlir.

Jitomir də Çernobıl yasaq zonasının yaxınlığında yerləşir.

Xisasedicilər bu həftənin əvvələrində meşə yanğınlarını söndürərkən təyyarə və helikopterlərdən istifadə etmişdilər.

Lakin aprelin 16-da güclü küləklərin əsməsi aviasiyadan istifadə olunmasına imkan verməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG