Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Avqust, Cümə, Bakı vaxtı 13:50

Çernobıl nüvə zavodu yaxınlığında yenidən yanğın başlayıb


Çernobılda yanğın, 10 aprel, 2020-ci il

Çernobıl nüvə zavodu yaxınlığında radiasiya ilə çirklənmiş ərazidə yenidən yanğın başlanıb, əraziyə mindən artıq yanğınsöndürən göndərilib.

Ukrayna rəsmiləri aprelin 16-da üç yeni yanğın başlandığını, amma “irimiqyaslı olmadığını, təhdid yaratmadığını” bildirib. Sərt külək alovu gücləndirdiyindən onu söndürmək çətin olur.

Fövqəladə Hallar Departamentinin direktoru Volodymyr Demchuk videobəyanatda deyib ki, Kiyev və Kiyev regionunda “radiasiya fonu norma daxilindədir”.

Aprelin 14-də yanğınsöndürənlər zavod yaxınlığındakı meşədə yanğını söndürə bilmişdilər, onlara yağışın da köməyi dəymişdi.

Ətraf mühit ekspertləri narahatdırlar ki, yanğınlar ərazidəki radioaktiv külü havaya sovurar.

1986-cı ildə Çernobıl zavodunda reaktorların birinin partlaması nəticəsində Avropanın əksər hissəsini nüvə materialından ibarət bulud örtmüşdü. Bu, tarixdə ən ağır nüvə qəzası sayılır.

XS
SM
MD
LG