Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 15:44

-

NATO ekspertləri Bakıda yerli hərbçilərə “Strateji kommunikasiya və ictimai əlaqələr” mövzusunda təlim kursu keçir.

Bu haqda Müdafiə Nazirliyi məlumat verir.

Təlimin NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsindəki keçildiyi bildirilir.

Müdafiə Nazirliyi qeyd edir ki, təlimi NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının mobil qrupu həyata keçirir.

Nazirliyin xəbərinə görə, təlimlər zamanı “NATO-nun hərbi strukturu”, “NATO-da hərbi tərəfdaşlıq”, “İctimai əlaqələr üzrə əməliyyatlar” və başqa mövzularda müzakirələr aparılıb.

Təlim kursu iyulun 1-dək davam edəcək.

2004-cü ildə Azərbaycan NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına qoşulub.

Bu planda müdafiə sahəsi, ictimai diplomatiya, mülkü müdafiə, sərhəd təhlükəsizliyi və başqa məsələlər əksini tapıb.

Ancaq son illər Azərbaycan rəsmiləri açıqca bildirirlər ki, NATO-ya üzvlük məsələsi gündəlikdə durmur. Müxalifət hakimiyyətin bu mövqeyini Rusiyanı qıcıqlandırmaq istəməmək və islahatlardan qaçmaq kimi dəyərləndirir.

XS
SM
MD
LG