Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:44

Məmmədyarov NATO baş katibi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibi Yens Stoltenberqlə görüşüb. Görüş nazirin Brüsselə səfəri çərçivəsində baş tutub.

Bu haqda nazirliyin rəsmi internet saytı xəbər verir.

Xəbərdə qeyd edilir ki, görüşdə Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub. Nazirliyin bildirməsinə görə, Azərbaycanın NATO proqramlarında iştirakı, Əfqanıstana tranzit imkanları təqdim edilməsi, sülh və təhlükəsizliyin təmin olunması məqsədilə həyata keçirilən proqramlara dəstəyi təqdir edilib.

Nazir NATO rəhbərinə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqda ətraflı məlumat verib.

ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud “status-kvo”nu qəbuledilməz hesab etdiyini deyən E.Məmmədyarov vurğulayıb ki, işğal faktına son qoyulmalıdır.

Görüşdə, Azərbaycan-NATO münasibətlərinin gələcək perspektivlərinin, beynəlxalq və regional məsələlərin müzakirə edildiyi bildirilir.

1994-cü ildən başlayaraq Azərbaycan - NATO ilə əməkdaşlığa başlayıb.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvülük məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən islahatlardan çəkinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG