Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:27

-

Azərbaycanda erkən nikahların ən nisbətən geniş yayıldığı rayon Şəkidir. Bu haqda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Elgün Səfərov məlumat verib.

APA-nın xəbərinə görə, 2015-ci ildə Şəkidə 37 erkən nikah qeydə alınıb. Sonrakı yerdə Salyan (27), Ağsu (22) və Şabran (18) rayonları gəlir.

E.Səfərovun bildirdiyinə görə, ötən il yalnız Lerik və İsmayıllı rayonlarında erkən nikah faktları qeydə alınmayıb. Şamaxıda 2, Hacıqabulda 10, Saatlıda 11, Sabirabadda isə 13 erkən nigah qeydə alınıb.

Ötən il erkən nikahlara görə 52 cinayət işi açılıb.

Ötən il Azərbaycanda erkən nikahlara görə 52 cinayət işinin açıldığı bildirilir.

BMT-nin araşdırmalarına görə, ölkələrin inkişaf dərəcələri ilə erkən nigahların rastgəlmə tezliyi arasında tərs mütənasiblik var. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdəki erkən nigah sayı daha azdır. İnkişaf etməmiş ölkələrdə isə bu say daha yüksəkdir.

15-19 yaş aralığındakı qızlarda erkən evlənmə Kanadada 0.6, Almanyada 1.2, İngiltərədə 1.7, ABŞ-da 3.9 faizdir. İnkişafdan geri qaldığı söylənən Nigeriyada bu 61, Әfqanıstanda isə 53 faiz təşkil edir.

Yerli ekspertlərin fikirlərinə görə, Azərbaycanda reallıqda erkən nigahlar, rəsmi statistikadan daha yüksəkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG