Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:26

Prezident Administrasiyasının avtomobili qaydanı necə pozdu


"Xəbər-ətər" verilişi, 22 iyul 2014
Gözlə

No media source currently available

0:00 0:22:20 0:00

"Xəbər-ətər" verilişi, 22 iyul 2014

-

PREZİDENT ADMİNİSTRASİYASININ AVTOMOBİLİ QAYDALARI BELƏ POZUR

Prezident Administrasiyasına məxsus avtomobilin şəhərin mərkəzində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının videogörüntüləri yayılıb. Musavat.com-un məlumatına görə, sosial şəbəkələrdə yayılan video İstiqlaliyyət prospektinə çəkilib. 10 PA 522 dövlət nömrə nişanlı BMW markalı avtomobil qoşa xəttin tələbini pozaraq, qarşı hərəkət zolağına çıxır və hərəkətini bu cür davam etdirmək istəyir. Qeyd edək ki, yol hərəkətinin pozulduğu yerdə günün əksər vaxtlarında DYP əməkdaşları növbə çəkir.

GƏNCƏDƏ TRAMVAY YOLU ÇƏKİLƏCƏK

Modern.az xəbər verir ki, Gəncədə yeni yol çəkilişinin layihəsi hazırlanır. «Bu yol Aeroport istiqamətindən başlayaraq, «İmamzadə» yolu daxil olmaqla Zazalı postuna qədər olan ərazini əhatə edəcək». bu sözləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə yeni irimiqyaslı layihələrdən danışarkən deyib. İcra başçısı bildirib ki, şəhərin nəqliyyat sektorunda önəmli yeniliklər gözlənilir.

«Tramvay yolunun çəkilişi də gündəmdədir. Hələlik xətlər və marşrutlar müəyyənləşdirilir. Yolun çəkilişinə 2015-ci ildə başlanılması nəzərdə tutulur. Şəhərin müasirliyinə uyğun olaraq, ilin sonunadək şəhərə müasir tipli, rahat yeni avtobuslar və taksilər gətiriləcək. Gəncədə vaqon istehsalı zavodunun istehsalı üçün 30 hektar ərazi ayrılıb. Təməlqoyma İsveçrənin «Stadler Rail Group»şirkəti ilə Nəqliyyat Nazirliyi tərəfindən bağlanmış müqaviləyə əsasən həyata keçiriləcək».

«SOVETSKİ»LİLƏRƏ XƏBƏRDARLIQ

Yasamal Rayon İcra Hakimiyyətindən «Sovetski» sakinlərinə xəbərdarlıq edilib. Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal RİH nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamov ANS PRESS-ə açıqlamasında bir neçə gün öncə «Sovetski» sakinlərini aşağı qiymətlə ev tikməklə aldadan tikinti şirkətindən söhbət açıb. O, qeyd edib ki, həmin tikinti şirkətinin əməkdaşları insanları aldadaraq pullarını əllərindən almaq istəyiblər:

«Hüquq mühafizə orqanlarının səyi nəticəsində «Sovetski»də ikinci «Muray» hadisələrinin baş verməsinin qarşısı alındı. İnsanların mənzil şəraitlərinin yaxşılaşması üçün gözəl şans yaranıb. Amma onları aldatmağa çalışdılar. Gələcəkdə də belə bir şirkətlər meydana çıxarsa sakinlər ilk növbədə Yasamal Rayon İcra Hakimiyyətinə gəlsinlər. Onlar bilmədən gedib kimsə ilə müqavilə bağlamamalıdırlar. Sonra aldadılmış vəziyyətə düşməmək üçün belə hallara yol verməmək lazımdır».

GİROVLARIN KƏLBƏCƏRDƏN FOTOLARI

Ermənistan tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşları - 1968-ci il təvəllüdlü Şahbaz Cəlal oğlu Quliyev və 1960-cı il təvəllüdlü Dilqəm Qardaşxan oğlu Əsgərovun yeni fotoları üzə çıxıb. «Qafqazinfo» xəbər verir ki, kəlbəcərlilərin növbəti fotolarını «Qoroskop» qəzetinin baş redaktoru Səbuhi Rəhimli facebook sosial şəbəkəsində paylaşıb. Fotoları Ş. Quliyev və D. Əhmədov ötən illərdə Kəlbəcərdə olarkən çəkdirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG