Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:01

Naxçıvanda 41 avtomobil çıxdaş olunub


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı» 9 may 2012. sayı: 85 (20.490)


ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 89-CU İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR KEÇİRİLİR

...Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə qadın problemlərinə daha böyük diqqət yetirilməyə başlanılıb. Onların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş konstitusiyamızda da öz əksini tapıb.

Qloballaşma şəraitində dünyaya inteqrasiya edən Azərbaycan yeni hüquq məkanına daxil olduqca bəşəriyyətin əldə etdiyi bütün nailiyyətlərdən bəhrələnir. Son illər ərzində ölkədə baş verən sosial proseslər, sosial – iqtisadi sferadakı islahatlar, mədəni – mənəvi intibah Azərbaycan qadınının psixoloji portretini dəyişib. Qadınların kişilərlə hakimiyyət strukturlarında bərabər iştirakını təmin etmək və onları həyatın bütün sahələrində fəal iştiraka cəlb etmək davamlı demokratiyanın və cəmiyyətin inkişafının bir hissəsidir. Qısa bir zaman üçün bu sadalananlar çox böyük uğurlardır.

YOL HƏRƏKƏTİ QAYDALARININ TƏNZİMLƏNMƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

...Muxtar respublika iqtisadiyyatının inkişafı əhalinin maddi rifahının daha da yaxşılaşdırılmasına səbəb olmuşdur. Bu hal şəxsi minik avtomobillərinin sayının artımında da özünü göstərir. 2005-ci ildə şəxsi sektorda 16 min 865 ədəd müxtəlif markalı yük və minik avtomobilləri var idisə, 2012-ci ilin birinci rübündə bu rəqəm 26 min 615-ə çatmışdır. Yük və minik avtomobillərinin sayının artması avtomobil yollarında hərəkətin intensivliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi zərurətini yaratmışdır.

...Cari ilin birinci rübündə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat imtahan şöbəsi tərəfindən 845 ədəd qeydiyyat nişanı, 1130 ədəd qeydiyyat şəhadətnaməsi, 1503 ədəd sürücülük vəsiqəsi verilmişdir. 314 ədəd nəqliyyat vasitəsi ilkin, 707 ədəd nəqliyyat vasitəsi təkrarən qeydiyyata alınmışdır. 116 ədəd nəqliyyat vasitəsi isə qeydiyyatdan çıxarılmış, 41 avtomobil çıxdaş olunmuşdur.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Hüquqi islahatların Heydə Əliyev modeli
- Ordubadda növbəti humanitar aksiyaya start verilib
- Azərbaycan övladları 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmişlər

Şərhləri göstər

XS
SM
MD
LG