Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:47

Ermənistan Müdafiə naziri deyir ki, 17 yaşlı erməni gənci Dilqəm Əsgərov öldürə bilər


Kəlbəcərdə tutulan Dilqəm Əsgərov
Kəlbəcərdə tutulan Dilqəm Əsgərov

-

Yazı yenilənir, ən son xəbərlər mətnin əvvəlindədir

Kəlbəcərdə girov götürülən azərbaycanlıların hüquqlarını Müdafiə Komitəsi Ermənistanın müdafiə nazirinin azərbaycanlı girovlarla bağlı dediklərinə etiraz edir.

Komitə sədri Elxan Salahov bildirir ki, hər hansı məhkəmə prosesi keçirilmədən insanı qətldə ittiham etmək həmin şəxsin təqsirsizilik prizumpsiyasının ciddi pozulmasıdır.

«ERMƏNİSTAN NƏDƏN QORXUR?»

«Məhkəmə olmamış insanı qətldə ittiham etmək heç bir qanuna sığmır. Əgər bunların hamısı doğrudursa onda Ermənistan Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrini Azərbaycan vətəndaşları ilə görüşə niyə buraxmır? Nədən qorxur? İyulun 18-də baş nazirin müavini Əli Həsənovun dediyinə görə, Qırmızı Xaç Komitəsinin nümayəndələri ona azərbaycanlı girovlarla görüşə buraxılmadıqlarını etiraf ediblər».

Elxan Salahov hesab edir ki, Ermənistan mətbuatının yaydığı məlumatlar, rəsmilərin açıqladığı informasiyalar yalnız indiki vəziyyətdə və şəraitdə Azərbaycana qarşı informasiya müharibəsi aparmaqdır. Bu informasiya müharibəsi onların azərbaycanlı əsirlərə qarşı apardığı kobud davranışına və onların sonrakı taleyinə, bir sözlə təxribatçı hərəkətlərinə don geyindirməkdən başqa bir şey deyil.

«Öz doğma yurdunda işğalçı tərəfindən girov götürülən Azərbaycan vətəndaşlarına Beynəlxalq qurumlarla görüşün yaradılmaması, onların hansı şəraitdə saxlanılması ilə bağlı məlumatların verilməməsi Beynəlxalq Konvensiyaların tələblərinin ciddi pozulması deməkdir».

«HANSI PARTLAYIŞI TÖRƏDİBLƏR, KİMƏ XƏSARƏT YETİRİBLƏR?!»

İyulun 18-də Ağdamda səfərdə olan baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyulun 11-də Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı məsələyə toxunub.

AzərTAc-ın məlumatına görə, Əli Həsənov Ermənistanın həmin şəxslərin diversant kimi təqdim edilməsin «cəfəngiyat» adlandırıb:

«Bizdə olan məlumata görə, onlar bir neçə dəfə öz kəndlərinə, doğulduqları yerə gediblər.

Əli Həsənov
Əli Həsənov

Onlar mülki vətəndaşlardır və öz doğma ocaqlarına, əzizlərinin məzarlarını ziyarət etmək üçün bu addımı atıblar. Ermənistan tərəfinin özünün də etiraf etdiyi kimi, onlar bir neçə dəfə doğma Kəlbəcər rayonuna gediblərsə, həmin vaxtlarda hansı pis hərəkəti ediblər?! Hansı partlayışı törədiblər, kimə xəsarət yetiriblər?! Heç kimə. Onlar sadəcə olaraq, Vətənini sevən bir insanlar kimi doğulduqları yerləri ziyarət ediblər».

Məsələnin prezidentin nəzarətində olduğunu deyən Əli Həsənovun hadisədən dərhal sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə müraciət olunduğunu bildirir.

«Biz müraciət etdik ki, Komitə təcili olaraq Yerevanda, yaxud Xankəndidə olan ofisləri ilə əlaqəyə girsinlər. Həmin ofislər vasitəsilə girov götürülən insanlarla təcili görüş istəsinlər. Bu vaxta qədər əlaqəyə girə bilməyiblər. Bu, bir daha onu göstərir ki, Ermənistan tərəfi beynəlxalq konvensiyaların tələblərini pozur. Ermənistanın özünün də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə müqaviləsi var. Ermənistan həmin müqaviləni pozaraq beynəlxalq hüququn tələblərinə əməl etmir. Həmişə olduğu kimi, dünyaya meydan oxuyur. Bu hadisədən bir həftədən çox keçib. Ancaq bu günədək Beynəlxalq Qızıl Xaç Komitəsinə girovlarla görüş verilməyib. Biz təxmini bilirik ki, onlar girov götürdükləri dinc azərbaycanlılara qarşı hansı vəhşilikləri tətbiq edirlər. Mən azərbaycanlı qaçqın məcburi köçkünlər adından Ermənistan rəhbərliyinə müraciət edirəm. Ermənistan rəhbərliyi, bu ölkənin xüsusi xidmət orqanları o iki vətənpərvər azərbaycanlıya işgəncələr versələr və belə bir fakt aşkara çıxarılsa, Azərbaycan xalqında özlərinə qarşı yaratdıqları nifrəti 10 qat artıracaqlar» - deyə Əli Həsənov bildirib.

Seyran Ohanyan
Seyran Ohanyan

ERMƏNİSTAN MÜDAFİƏ NAZİRİ: «17 YAŞLI ERMƏNİSTANLI GƏNCİ DİLQƏM ƏSGƏROV ÖLDÜRƏ BİLƏR»

Ermənistanın müdafiə naziri Seyran Ohanyan hesab edir ki, 17 yaşlı Smbat Sakanyanı Kəlbəcərdə tutulan 54 yaşlı Dilqəm Əsgərov öldürüb.

Nazir bunu AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib.

«İlkin ehtimallara görə, bu hadisəni təxribat qrupunun sonuncu tutulan 54 yaşlı üzvü Dilqəm Əsgərov törədib» deyə Ermənistanın müdafiə naziri bildirib.

İyulun 11-də Ermənistan mətbuatı Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda Azərbaycanın 3 təxribatçısının tutulduğu barədə məlumat yayıb. Media həmin şəxslərin ikisinin Kəlbəcər sakini Dilqəm Əsəgərovla Tərtər rayon sakini Şahbaz Quliyevin foto və videosunu yaysa da Cəbrayıl rayonundan olan Həsən Həsənovla bağlı əlavə məlumat verilmir. Bu isə onun öldürülüdüyü barədə məlumatların yayılmasına səbəb olub.

Ermənistan tərəfi həmin şəxslərin Azərbaycan ordusunun təxribatçıları olduğunu bildirsə də Azərbaycanın müdafiə nazirliyi bunu təkzib edib və həmin şəxslərin silahlı qüvvələrdə xidmət etmədiyini bildirib. Nazirlik həmçinin bildirir ki, «işğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz».

Saxlanan şəxslərin ailə üzvləri də bildiriblər ki, onlar işğal altındakı torpaqlarda yaxınlarının məzarını ziyarət etməyə gediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG