Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:17

-

Ən son məlumat yazının sonundadır.

ERMƏNİSTANDA DA 17 YAŞLI GƏNCİ AXTARIRLAR

​Ermənistanda bir həftə əvvəl işğal altında olan Kəlbəcər rayonu istiqamətdə itkin düşən 17 yaşlı Smbat Tsakanyan-ı axtarırlar. Yerli sakinlər onun yaşadığı kənddə itkin düşdüyünü deyirlər. Ermənistan mediasında Tsakanyan-ı Azərbaycanın kəşfiyyat qrupunun götürdüyü barədə xəbərlər dolaşsa da hələlik bu xəbər rəsmi mənbələrdən təsdiqlənmir.

Onun yaşadığı kəndin icra nümayəndəsi AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, 17 yaşlı gəncin Azərbaycanda əsir ola biləcəyinə o qədər də inanmırlar. Amma hələlik onun necə itkin düşdüyü də aydın deyil.
Amma atası hesab edir ki, iyulun 4-dən bu yana görmədiyi oğlunu Azərbaycan əsgərləri tutublar.

Azərbaycanın Müdafiə Nazirliyi də dünən yerli jurnalistlərə bildirib ki, işğal altında olan Kəlbəcər rayonu istiqamətdə hər hansı əməliyyat keçirilməsi barədə Ermənistan mediasının yaydığı xəbərlər yalandır, təxribat xarakteri daşıyır.

Şahbaz Quliyev olduğu deyilən adam.

Şahbaz Quliyev olduğu deyilən adam.

ŞAHBAZ QULİYEV KİMDİR?

Ermənistan mediası Azərbaycan ordusunun kəşfiyyatçısı olduğu iddia edilən şəxsin fotosunu yayıb. Məlumatda 46 yaşlı həmin şəxsin Tərtər rayonun Qapanlı kənd sakini Şahbaz Cəlal oğlu Quliyev olduğu bildirilir. Ermənistan tərəfinin iyulun 10-da yaydığı məlumata görə, həmin şəxs Azərbaycanın Kəlbəcər rayonu istiqamətdə təxribata cəhd edərkən saxlanılıb.

AzadlıqRadiosunun erməni xidməti həmin şəxsdən götürüldüyü iddia olunan silah-sursatın fotolarını yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin iyulun 11-də yaydığı məlumatda həmin şəxsin Azərbaycan silahlı qüvvələrinə heç bir aidiyyatı olmadığı bildirilir.

«Müdafiə Nazirliyi bildirir ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir».

«BİZƏ BELƏ BİR MƏLUMAT DAXİL OLMAYIB»

Tərtər rayon polis idarəsinin rəis müavini Məhərərm Hüseynov AzadlıqRadiosuna deyib ki, hələki Qapanlı kənd sakini olduğu iddia olunan elə bir şəxslə bağlı hər hansı məlumata malik deyillər.

«Elə bir adam Ermənistan tərəfdə saxlansa idi yaxınları bizə müraciət edərdi. Bizə belə bir müraciət daxil olmayıb» - deyə rəis müavini bildirib.

«QEYDİYYATDA BELƏ BİR ADAM VAR...»

Tərtər rayon Qapanlı kənd rəsmisi AzadlıqRadiosuna Şahbaz Quliyev adlı şəxsin həmin kənddə qeydiyyatda olduğunu təsdiqləyib:

«Kənddə qeydiyyatda belə bir adam var, amma o, 10 ildən çoxdur ki, Bakıda yaşayır. Bakıya köçməzdən əvvəl Rusiyada işləyib. Son vaxtlara qədər kənd evlərində yalnız anası qalırdı, indi qapıları bağlıdır, heç kim yaşamır».

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyindən AzadlıqRadiosuna verilən məlumata görə, qurum Şahbaz Quliyevlə bağlı araşdırmalara başlayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG