Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:52

Ermənilər daha bir azərbaycanlı əsirin görüntülərini yaydılar (Video)


.

Ermənistan mediası iyulun 14-də daha bir azərbaycanlı əsirin görüntülərini yayıb. Tert.am saytının yaydığı bu videogörüntülərdə saxlanan adamın konkret kimliyi qeyd edilmir. Sayt onu iyulun 14-də saxlanan "azərbaycanlı təxribatçı" kimi təqdim edir. AzadlıqRadiosu hələlik bu videonun həqiqiliyini yoxlamaq imkanına malik deyil:

QARABAĞ ERMƏNİLƏRİ ƏMƏLİYYAT BİTDİ DEYİRLƏR

AzadliqRadiosunun erməni xidmətinin məlumatına görə Qarabağ erməniləri bu gün saat 13-də əməliyyatı başa çatdırdıqlarını deyiblər:

“Təxribat qrupu üzvlərinin bir qismi öldürülüb, bir qismi də ələ keçib.”

Azərbaycanın Qarabağ regionunu işğalda saxlayan erməni rejimi bildirir ki, iyulun 14-də Kəlbəcər rayonu istiqamətdə “azərbaycanlı təxribatçılara” qarşı əməliyyatı başa çatdırıb.

Qarabağda özlərini Müdafiə Nazirliyi adlandıran qurum detallar barədə məlumat verməyib, yalnız bildirib ki, yaxın vaxtlarda geniş məlumay yayacaqlar.

Ermənistan mediası bir neçə gündür ki, işğal altında olan Kəlbəcər rayonu isriqamətdə Azərbaycan kəşfiyyatçılarının olduğu barədə məlumat yayır.
Erməni tərəf həmçinin Kəlbəcər istiqamətində yeniyetmə oğlanın itkin düşdüyünü, onu Azərbaycan kəşfiyyatçılarının oğurlaya biləcəyini iddia edir.
Ermənistan son bir neçə gündə işğal altında saxladığı Kəlbəcər rayonu istiqamətdə Azərbaycanın hücumlarının qarşısını aldığını, Şahbaz Quliyev adlı bir təxribatçı azərbaycanlını isə həbs etdiyini bildirir.

Azərbaycanın Müdafiə Nazirliyi isə həmin istiqamətdə heç bir əməliyyat aparmadığını, saxlandığı iddia olunan şəxsin isə Azərbaycan ordusunda xidmət etmədiyini bildirib.

SEYRAN OHANYAN DA KƏLBƏCƏRDƏ ƏMƏLİYYAT OLDUĞUNU DEYİR

Dünən də Ermənistanın Müdafiə naziri Seyran Ohanyan da bildirmişdi ki, bir gün öncə Kəlbəcər ərazisində azərbaycanlı təxribatçı öldürülüb. Amma o, Azərbaycan tərəfdən həlak olan şəxsin adını çəkməyib.

Ermənistan mediası bu ölkənin Müdafiə Nazirliyinə istinadla yazır ki, azərbaycanlı təxribatçılarla atışma zamanı ordunun 42 yaşlı mayoru Sarkis Abramyan öldürülüb, 37 yaşlı qadın Karine Davtyan da yaralanıb.

Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında 7 rayonu erməni silahlı qüvvələri 1990-cı illərin əvvəllərində işğa ediblər. 1994-cü ildə tərəflər arasında atəşkəs razılaşması imzalansa da tərəflər tez-tez bir-birini həmin razılaşmanı pozmaqda ittiham edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG