Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 18:44

Donetskin 1869-cu ildə əsasını qoyan uelsli iş adamıdır


Odessada qraffiti
Odessada qraffiti
-
Dünya mediasının diqqəti Ukraynanın şərqində- Donetskdə, Xarkovda “Xalq Respublikalarının” elan olunmasından sonra yaranan vəziyyətdədir: Donetskin 1869-cu ildə əsasını qoyan Uelsli iş adamıdır, amerikalıların 84 faizi isə xəritədə Ukraynanı tapa bilməyib...

***
Donetsk növbəti Krımdırmı? – bu sualı verən Washington Post yazır Donetsk Xalq Respublikasını yaradanlar mayın 11-də referendum keçirib Rusiyaya birləşmək istəyirlər. Ancaq qəzet hesab edir ki, Donetsk Krımdan fərqlidir. Krımda əhalinin 60 faizi etnik ruslardır. Krım Ukraynaya 1954-cü ildə birləşib.

Donetskdə isə vəziyyət başqadır. Qəzet bununla bağlı maraqlı faktı misal çəkir.
Donetsk küçəsində reklam
Donetsk küçəsində reklam

Donetsk şəhərini 1869-cu ildə Uelsdən olan iş adamı John Huges yaradıb. O burda polad zavodu və daş kömür şaxtaları tikməklə şəhərin əsasını qoyub. Washington Post soruşur ki, indi Böyük Britaniya desin ki, Donetsk mənimkidir?

1918-ci ildə Donetsk-Krivoy Roq Sovet Respublikası yaradılıb. O vaxtdan Donetsk Ukraynanın tərkibində olub. Donetsk vilayətində 56 faiz ukraynadillidir, 38 faiz rusdilli.

***

ABŞ şərqi Ukraynadakı hadisələrdən “dərin narahatlıq” bildirir. Dövlət katibi Kerry Rusiyanın xarici işlər naziri Lavrova telefon zəngində xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın sabitliyini pozmağa istənilən cəhdinin Rusiya haqqını ödəməli olacaq.
Bunu yazan BBC xəbər verir ki, Lavrov isə Guardian qəzetində yazır ki, Rusiya Ukraynanı sabitliyini pozmur və Qərb əsassız olaraq gərginlik yaradır.

BBC-nin Moskva müxbiri Daniel Sandford isə bildirir ki, Donetskdə ukrayna dilində danışanlar da çoxdur, Rus dilində danışanlar da. Burda rəy sorğuları ölkənin birliyinə tərəfdar olanların əslində çoxluq təşkil etdiyini göstərir. Bu cəhətdən Donetsk Krımdan fərqlidir.

***

Ukraynanın harda olduğunu bilən amerikalı azdır, ABŞ-ın işə qarışmasını istəyən amerikalı isə çox.

Bunu yazan Washington Post martın 28-dən 31-nə kimi 2066 amerikalı arasında sorğu keçirib.​
SSRİ xəritəsini əlində aparan nümayişçi
SSRİ xəritəsini əlində aparan nümayişçi
Əvvəlcə onlardan xahiş olunub ki, Ukraynanı xəritədə göstərsinlər. Rəyi soruşulanların 16 faizi Ukraynanı xəritədə düz göstərə bilib.

Bəziləri Ukraynanı hətta Braziliyanın yanında axtarıb, başqaları Hind okeanında.

Ukraynanın göstərildiyi əsas yerlər Şimalda Finlyandiyadan başlayır, cənubda Sudanla, Şərqdə Qazaxıstanla, Qərbdə Portuqaliya ilə bitir.

Gənclər Ukraynanın yerini daha yaxşı bilir- onların 27 faizi düzgün tapıb. Maraqlıdır ki, suala cavab verən hərbçi aillərinin üzvlərinin də cəmi 16 faizi Ukraynanın harda olduğunu düzgün bilir.

Qəzet bu sorğunun nəticələrini başqa sorğularla birləşdirir: amerikalıların 45 faizi G8-i boykot etməyin tərəfdarıdır, 13 faiz hərbi gücdən istifadənin. Və
qəzet yazır ki, “bizim nəticə aydındır. Ukraynanın yerini bilən nə qədər azdırsa, ABŞ-ın müdaxiləsini istəyən bir o qədər çoxdur”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG