Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:13

Ukraynanın şərq bölgələrində Rusiya separatçıları ilə yeni toqquşmalar (FOTO-VİDEO)


Krım ilhaq olunandan sonra Ukraynanın şərq bölgələrininin də Rusiyaya qatılması təhlükəsi var idi. Donetsk, Luqansk və Xarkov bölgələrdində Rusiyapərəst qüvvələr kütləvi aksiyalar keçirərək separatçı şüarlar səsləndirir, yerli hakimiyyət orqanlarına hücum edir.

Martın 6-da bu şəhərlərdə separatçıların növbəti çıxışlarından sonra rəsmi binaları hücumlar olub. Donetsk şəhərində Rusiyapərəst qüvvələrin mitinqindən sonra vilayət hakimyyətinin binasına hücum olunub. Polis sıralarını yaran etirazçılar binaya daxil olaraq üzərində Rusiya və özlərinin elan etdikləri “Donetsk respublikası”nın bayraqlarını qaldırıblar.

Mətn fotosessiyanın altında davam edir

Luqansk və Xarkov şəhərlədində də mitinqlər və təhlükəsizliq qüvvələri ilə qarşıdurmalar haqda xəbərlər gəlir.

Ukrayna rəsmiləri bu nümayişlərin Rusiya tərəfindən təşkil olunduğunu iddia iddia edir, Rusiya isə öz növbəsində Krımdan başqa digər regionalrın Rusiyaya birləşdirilməsi planlarını inkar etsə də, orada yaşayan rusların hüquqlarının müdafiə olunacağını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG