Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:53

Rusiya Yanukovych-in nümayişçilərin qətlində ittihamı olunmasına etiraz edir


Ukrayna - silahlı təhlükəsizlik qüvvələri və snayperlər nümayişçilərə atəş açırlar, 20 fevral, 2014

Ukrayna - silahlı təhlükəsizlik qüvvələri və snayperlər nümayişçilərə atəş açırlar, 20 fevral, 2014

-
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, devrilmiş prezident Viktor Yanukovych-ə yaxın snayperlərin müxalifyönlü etirazçılara atəş açması ittihamını puça çıxaran “külli miqdarda sübut” var.

Lavrov deyib ki, “snayperlərlə bağlı həqiqət şəffaf yolla ortaya çıxarılmalıdır”.

Ukraynanın yeni hökuməti bəyan edib ki, nümayişçilərin qətlə yetirilməsi “Yanukovych-in birbaşa rəhbərliyi altında” həyata keçirilib.

Kiyevdəki etirazlar zamanı 100-ə yaxın nümayişçi öldürülüb. Onların çoxu fevralın 18-20-də snayperlər tərəfindən qətlə yetirilib.

Yanukovych həmin qətliamdan 2 gün sonra ölkədən qaçıb.

Rusiya əvvəllər bildirirdi ki, snayper atəşlərinə görə ukraynalı ifrat millətçilər məsuliyyət daşıyırlar.

Yanukovych-in devrilməsindən sonra Rusiya Ukraynanın Krım bölgəsini anneksiya edib.

NATO isə buna cavab olaraq Rusiya ilə mülki və hərbi əməkdaşlığı dayandırıb.

Moskva cümə axşamı NATO-nu beynəlxalq razılaşmaları pozaraq şərqi Avropada qoşunlarının sayını artırmaqda ittiham edib və alyansdakı hərbi attaşesini məsləhətləşmələr üçün geri çağırıb. Ukrayna - keçmiş prezident Viktor Yanukovych (solda) Rusiyanın xarici işlər naziri Sergey Lavrovla, 9 aprel 2010

Ukrayna - keçmiş prezident Viktor Yanukovych (solda) Rusiyanın xarici işlər naziri Sergey Lavrovla, 9 aprel 2010


NATO-nun baş katibi Anders Fogh Rasmussen isə Rusiyanın ittihamlarını rədd edərək onları “təbliğat və yalan informasiya” adlandırıb.

Rasmussen-ə görə, razılaşmaları pozan Rusiyanın özüdür:

“Biz Roma bəyannaməsini pozmamışıq. Mən Rusiyanın bu ittihamına təəccübləndim. Çünki Rusiyanın özü üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri pozub”.

NATO rəsmisi Azadlıq Radiosuna deyib ki, Rusiya ilə əməkdaşlığın dayandırılmasının Rusiya ərazisi ilə Əfqanıstana yük daşınmalarına təsir edəcəyini gözləmir. Çünki Əfqanıstandakı əməliyyatlara NATO rəhbərlik etsə də, daşınmaları Rusiya ilə özəl şirkətlər həyata keçirirlər.
XS
SM
MD
LG