Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:57

Rusiya diplomatlarıının zarafatı: Krımdan sonra növbə Alyaskanındır


İllüstrasiya fotosu
İllüstrasiya fotosu
-
Kimlikləri rəsmən dəqiqləşdirilməmiş Rusiya diplomatları məxfi yazılmış söyüş dolu zarafatları zamanı deyiblər ki, Moskva Krımın ardınca Kataloniya, Venesiya, Şotlandiya və Alyaskanı da ilhaq edəcək.

Britaniya mətbuatı yazır ki, iki rus diplomat arasında getmiş bu söhbətin yazısı internetə - YouTube saytına yerləşdirlib.

ALYASKA DA BİZİMDİR

Söyüş və həqarət dolu 5 dəqiqlik söhbətin Rusiyanın Eritreyadakı və Zimbabvedəki səfirləri Igor Chubarov-a və Sergei Bakharev-ə məxsus olduğu güman edilir. Mətbuat yazır ki, bu telefon danışığında Chubarov Krımın yalnız başlanğıc olduğunu deyib və bildirib ki, onun ardınca Kataloniya və Venesiya, həmçinin Şotlandiya və Alyaska da ilhaq olunacaq.

Bu söhbət zamanı diplomat Şotlandiyanı “malqara ölkəsi” adlandırır.

BİZİMDİR, ESTONİYA DA BİZİMDİR

Chubarov bundan sonra bildirir ki, Rusiya bütün sərhədyanı ölkələri zəbt edəcək. Səfir yarızarafat deyir ki, Estoniya, Rumıniya və Bolqarıstan kimi başqa “zirzibili” sonra da Avropadan qoparmaq olar.

Söhbətin sonunda səfirlər Bolqarıstan, Rumıniya və “Baltikyanı zirzibili” hələlik dinc buraxmaq barədə razılığa gəlirlər.

BİZİMDİR - MAYAMİNİN 95 FAİZİ RUSİYA VƏTƏNDAŞIDIR

Bakharev deyir ki, əvəzində Kaliforniya və Mayamini götürmək lazımdır.
“Həqiqətən də, - təsdiq edir Chubarov, - Mayamilendin əhalisinin 95 faizi Rusiya vətəndaşıdır”.

Chubarov Bakharev-i Zimbabvenin Krımın ilhaqını dəstəkləyən 11 ölkədən biri olması münasibətilə təbrik edir və Malavini belə bir addım atmadığına görə söyüşlərə qərq edir.

Ryabkov Vaşinqtona məsləhət verir

DƏYMƏ MƏNƏ, DƏYMƏYİM SƏNƏ

Mətbuat yazır ki, belə bir materialın internetə sızması Ukraynada yüksək ranqlı Qərb diplomatlarının gizli dinlənilməsinin qisası kimi qiymətləndilə bilər.

O vaxt ehtimal edildiyinə görə, ABŞ dövlət katibinin müavini Victoria Nuland-la ABŞ-ın Ukraynadakı səfirinin məxfi telefon danışığı Rusiyanın xüsusi xidmətləri tərəfindən yazılaraq internetə sızdırılmışdı.

Bunun ardınca internetə Avropa İttifaqının xarici işlər komissarı ledi Ashton və Estoniyanın xarici işlər naziri Urmas Paet-in məxfi telefon söhbəti sızmışdı.
Moskvanın öz səfirləri ilə bağlı xəbərə reaksiyası qəzəbli olub.

RUSİYA: SÖYÜŞDƏ XANIM NULANDI ÜSTƏLƏYƏN OLMAZ

Rusiya xarici işlər naziri mətbuat katibinin müavini Maria Zakharova deyib ki, “söyüş söyməkdə çətin, kimsə xanım Nulandı üstələyə bilsin”.

Xanım Zakharova bildirib ki, bu telefon danışığının internetə sızdırılması ABŞ-ın çirkin əməlidir.

Bundan bir qədər əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov Vaşinqtonun Krımla bağlı bəyanatlarını “uşağ çığır-bağırı” adlandırmışdı. “Biz amerikalı həmkarlarımıza nə məsləhət görə bilərik? – demişdi Ryabkov, - onlar yəqin ki, bir az təmiz hava almalı, yoqa ilə məşğul olmalı, sağlam qidalanmalı və ya televizya komediyalarına tamaşa etməlidirlər”.

Britaniya mətbuatının materilları əsasında hazırladı: Zülfüqar Rüfətoğlu

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG