Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:28

Donetsk özünü «respubilka» elan edir


Donetskdə rusiyayönümlülərin aksiyası, 6 aprel 2014

Donetskdə rusiyayönümlülərin aksiyası, 6 aprel 2014

-
Ukraynanın Donetsk şəhərində yerli hakimiyyət binasını tutmuş Rusiyapərəst nümayişçilər “Donetsk Xalq Respublikasının” yaradıldığını elan ediblər.

Onlar mayın 11-nə referendum təyin etdiklərini də elan edirlər və Rusiya prezidenti
Putindən “müvəqqəti sülhü mühafizə qüvvələri” göndərməyi xahiş edirlər.

Donetskin qubernatoru Serhiy Toruta Kiyevdəki mərkəzi hökuməti Dionetsk hadisələri ilə bağlı təhlükəsizlik şurasının iclasını keçirməyə çağırır.

O öz bəyanatında bildirir ki, Xarkovda, Donetskdə və Luhanska həyata keçirilən planın məqsədi sülhü, sosial və iqtisadi sabitliyi pozmaqdır.

Aprelin 7-də səhər isə Ukraynanın baş naziri Yatsenyuk Ukraynada nümayişçilərin yerli hakimiyyət binalarının ələ keçirməsinin arxasında birbaşa Rusiyanın durduğunu bildirmişdi.

O deyib ki, "federallaşdırmağa istənilən çağırışı Rusiya yazıb, məqsəd Ukraynanı parçalamaqdır".

Luhanska aprelin 6-da rusiyapərəst nümayişçilər ölkənin Təhlükəsizlik xidmətinin yerli qərargahına hücum çəkərək silahları ələ keçirib. Onlar şəhərin əsas küşəsində barrikadalar qurub.

Elə həmin gün Xarkovda da rusiyapərəst nümayişçilər yerli administrasiya binasını ələ keçirmişdi. Ancaq sonra polis onları binadan çıxartdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG