Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:09

SBU Ukraynada silahlı çevrilişin üstünü açdığını deyir (VİDEO)


SBU-nun rəhbəri Valentyn Nalyvaychenko mətbuat konfransında Kyiv, 3 aprel 2014

SBU-nun rəhbəri Valentyn Nalyvaychenko mətbuat konfransında Kyiv, 3 aprel 2014

“Bir qrup adam aprelin 10-a silahlı çevriliş həyata keçirməyi planlaşdırırdı. Qrupun üzvləri odlu silah və partlayıcılardan istifadə edərək dinc əhalini qorxutmaq və Luqansk vilayətində hakimiyyəti zorla ələ keçirməyi nəzərdə tuturduıar”.

Bu haqda aprelin 5-də bəyanat yayan Ukrayna Təhlükəsizlik Xidməti (SBU) iddia edir ki, həyata keçirilən əməliyyatlar zamanı 300 avtomat, tankvuran silahlar, çoxlu əl qumbaraları və benzin bombaları müsadirə olunub.

Əlavə detallar açıqlanmır, lakin bu xəbər Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) terrorda şübhəli bilinən 25 ukraynalının həbsi haqda yayılan məlumatlara təsadüf.

Krım vilayətinin ilhaqından sonra gərginləşən Ukrayna – Rusiya münasibətləri soyuq müharibə həddinə çatıb. Tərəflər gündəlik olaraq bir-birini ittiham edirlər.

Krım ilhaq olunandan sonra Ukraynanın şərq bölgələrininin də Rusiyaya qatılması təhlükəsi var idi. Donetsk, Luqansk və Xarkov bölgələrdində Rsuiyapərəst qüvvələr kütləvi aksiyalar keçirərək separatçı şüarlar səsləndirir, yerli hakimiyyət orqanlarına hücum edir.

Ukrayna rəsmiləri bu nümayişlərin Rusiya tərəfindən təşkil olunduğunu iddia edir. Rusiya öz növbəsində Krımdan başqa digər regionalrın Rusiyaya birləşdirilməsi planlarını inkar etsə də, orada yaşayan rusların hüquqlarının müdafiə olunacağını bildirir.

Dontesk şəhərində rus separatçılarının mitinqi

Günün bütün mövzuları

XS
SM
MD
LG