YAYIM CƏDVƏLİ
AzadlıqFM - «Facebook» ayırır, yoxsa birləşdirir?
- «Facebook» boşanmaların sayını artırır!.. - Qaynana gəlininin «facebook» profilini qırdı!.. -Sosial şəbəkədən asılılığı onu ailəsindən soyutdu... Bir vaxtlar sosial şəbəkələrin insanları birləşdiyindən danışılırdısa, indi bənzər xəbərlər tam tərs mənzərə cızır. İstər-istəməz, sual doğur: Sosial şəbəkələr ailəiçi münasibətlərə necə təsir göstərir? «Facebook» ailə dağıda bilər?
Pen klub - Markes Azərbaycan ədəbiyyatını necə dəyişdi?
«Maqik realizm»in ən parlaq nümayəndəsi sayılan Qabriel Qarsia Markesin əsərləri Azərbaycan dilinə ilk dəfə 70-ci illərdə çevrilsə də, indiyədək Azərbaycan ədəbiyyatına böyük təsirini sezdirməkdədir. Bəs bu təsir daha çox nədə üzə çıxır? Bəzilərinin dediyi kimi, yazarlarımızda mistikaya meyl oyatdı, yoxsa sadəcə ədəbiyyatımızı irəli apardı? Bu mövzunu «Pen Klub»da yazıçılar Mirmehdi Ağaoğlu, Qismət, Yaşar, publisist və tərcüməçi Xalid Kazımlı dartışırlar.
İşdən sonra - Rus qoşununu qaytarsaq, Qarabağı qaytararlarmı?
Verilişdə Rusiya hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi barədə deputat Qüdrət Həsənquliyevin təklifi müzakirə olunur. Hərbi ekspert Üzeyir Cəfərov, siyasi şərhçi Azər Qasımlı və BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı müzakirəyə qatılıblar.