YAYIM CƏDVƏLİ
17:00 - 18:00
İşdən sonra - Televiziyalar namizədlərin təbliğat-təşviqat prosesində necə rol oynayacaq?
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin hüquqşünası Azər Qasımov, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun media monitorinqi üzrə proqram koordinatoru Rəsul Cəfərov və İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədli bu barədə danışırlar.
Aparıcı
18:00 - 19:00
İşdən sonra - Xüsusi ehtiyacı olan uşaqlar cəmiyyətdən diqqət ala bilirlərmi?
«Müşfiq» Əlil Uşaqlara Yardım İctimai Birliyinin sədri Validə Abbasova, «Müstəqil Həyat» Təşkilatının sədri Aydın Xəlilov, Uşaq Hüquqları Liqasının sədri Yusif Bəkirov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli xüsusi ehtiyacı olan uşaqlara qayğıdan söhbət açırlar.
Aparıcı