YAYIM CƏDVƏLİ
17:05 - 18:00
İşdən sonra - Narışkin Azərbaycandan nə aparır?
Rusiya Dövlət Dumasının sədrinin Azərbaycana səfəri nə üçün idi? Rusiya və Azərbaycan arasında razılaşdırılmayan və danışılmayan mövzular. Avrasiya Birliyi yoxsa Avropa dəyərləri? Ekspertlər Vəfa Quluzadə və Zərdüşt Əlizadə, ReAl Vətəndaş Hərəkatının sədri İlqar Məmmədov Moskvanın Bakıdan umduqları ilə alacaqlarının nisbətini ölçürlər.
Aparıcı
18:05 - 18:30
İşdən sonra - Bir imtahan, iki dövlət qurumu...
Orta məktəblərdə buraxılış imtahanları mübahisəsi hansı həqiqətləri üzə çıxardı? Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin fərqli mövqeləri... TQDK məzunlara və Təhsil Nazirliyinə qiymət verir. İki dövlət qurumunun mübahisəsinə kənardan baxış necədir? Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin rəhbəri Ülviyyə Mikayılova ilə söhbət.
Aparıcı