YAYIM CƏDVƏLİ
İşdən sonra - Hərbi doktrina... 15 ildən sonra Milli Məclis bu məsələnin müzakirəsinə başlayır
«Balanslaşdırılmış» və ya çox ümumi hərbi doktrina…15 il sonra parlament bu sənədin müzakirəsinə başlayır Qonaqlar: Deputat Zahid Oruc və «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli
Kontekst- Azərbaycanin ilk hərbi doktrinasi qəbul olunur…
Barak Obama Azərbaycan demokratiyasını neft və təhlükəsizliyə qurban verir? Azərbaycanlı deputatların İsrailə etiraz bildirmək arzusu gözündə qaldı.. İrana qarşı 3-cü sanksiyalar paketinə Əhmədienjat nədən sərt reaksiya verir? Gəncədə 9-cu sinifdən məktəbdən çıxanların sayı artır, Cənubi Afrikada futbol üzrə dünya çempionatı öncəsi maralı faktlar.
Şəffaflıq - ünvanlı sosial yardımların alınmasında korrupsiya amili
İyunun 8-də bir qrup QHT ünvanlı dövlət sosial yardımların verilməsilə bağlı on bölgədə apardığı monitorinqin nəticələrini açıqlayıb. (1500 nəfər arasında keçirilən sorğu zamanı respondetnlərin 73 faizi ünvanlı sosial yardımların təyin olunmasında korrupsiya amilinin əsas rol oynadığını bildirib). Bu dəfəki Şəffaflıq verilişi həmin monitorinqin nəticələrinə həsr olunub. Qonağımız sözügedən monitorinqlərin aparılmasında iştirak edən Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevdir. Ünvanl sosial yardımlar 2006-cı ilin yayından verilir. Hazırda 700 minə yaxın adam bu yardımları alır.