YAYIM CƏDVƏLİ
Can Bakı
Bakının həyatı haqqında hər şey İyunun 2-də, saat 12-də 1. Azərbaycan uşaqlarının əcnəbilərin hansı yardımına ehtiyacı var? Qonaq: Azərbaycana Birgə Yardım Təşkilatının – (United Aid for Azerbaijan) proqramlar direktoru Gülnarə Pənahova. 2. Sellofon torba bakılılar üçün nədir—göydə süzən cansız «quşcuğazlar», yoxsa ərzaq bükdükləri gərəkli və zərərli vasitə? Qonaq: «Els» Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova.
14-24
Gənclər üçün xüsusi verilişdə: Okeanın o tayından gələn qonağımı maraqlı edən nəinki onun apardığı tədqiqatdır, həm də onun əslən amerikalı olduğu halda Azərbaycan dilində bizə müsahibə verməsidir. Həmsöhbətimiz Joshua Noonan Nebraska ştatı, Omaha universitetinin diplomlu mütəxəssisi, Fulbrayt proqramının 2009-2010-cu illər üzrə təqaüdçüsüdür. Joshua Azərbaycan və Gürcüstanda yaşayan azərbaycanlıların Siyasi İştirak Məsələlərinə Münasibətinin Müqayisəsini aparıb. Bu tədqiqatdan nələr üzə çıxıb? Verilişi dinləyin.