İranda mülki əhali bombardmandan qorunmaq üçün sığınacaq tapa bilmir. Bu haqda AzadlıqRadiosuna danışan ərdəbilli fəal bildirir ki, müharibə başlayandan onun yaşadığı şəhərə axın var. Deyir, Tehran, Təbriz və digər şəhərlərlə müqayisədə təhlükəsizdir deyə, insanlar Ərdəbilə köçür.
"Dünyada qiymətlərin artımı birrəqəmli inflyasiya ehtimalını çox aşağı edir".
İran müharibəsi uzansa, neft 150 dollara qalxsa, bu, Azərbaycanın xaricdən aldığı bəzi mal və məhsulların qiymətinə təsir edə bilər.
İsveçdə yaşayan azərbaycanlı milli fəal Saleh Kamrani deyir ki, İran azərbaycanlıları arasında hakimiyyəti dəstəkləyənlər var, amma onların sayı elə də çox deyil.
Ekspert bildirir ki, əksər hallarda əməkhaqqının bir hissəsi rəsmiləşdirilmir və işəgötürənlər maaşı daha az məbləğlə rəsmiləşdirməyi üstün tutur, bu da işəgötürənin xərclərini azaldır: "Bu da vətəndaşın sosial müdafiə mexanizmlərindən istifadə hüququnu məhdudlaşdırır".
Husilər müharibəyə daxil olarsa, "ikinci cəbhə" kimi Hind okeanı ilə Qırmızı dənizi birləşdirən Babül-Məndəb boğazını hədəf ala bilərlər. Bu isə qlobal enerji sisteminin iki mühüm boğazını eyni anda sıxmaq deməkdir. Hərbi ekspert Səxavət Məmməd deyir ki, husilər İranın "b" planıdır.
"Bakı təkcə yağış suları altında qalmayıb. Məmur oliqarxların özbaşınalığı, rüşvətxorluğu, işbilməzliyi, millətdən qopuqluğu altında qalıb məhv olmaqdadır".
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli deyir ki, Azərbaycan iqtisadiyyatı püxtələşməyib, iş imkanları zəif, əməkhaqqı isə aşağıdır.
İqtisadçı Rəşad Həsənov deyir ki, "5 faiz" kimi rəqəmlər iş axtaran kimi qeydiyyata alınanlara aiddir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk iki ayında tikinti sektoruna qoyulan investisiyalar ötən il ilə müqayisədə 31 faiz azalıb.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Vladimir Sajin iddia edir ki, Ali lider Əli Xameneinin ölümündən sonra İranda "yumşaq çevriliş" baş verib.
"Qarabağda daha çox əkinəyararlı torpaqlarda minatəmizləmə işləri aparılıb".
Davamı