Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:02

«Qaboysuz mənim üçün həyat yoxdu»


Qaboy ustası, respublikanın xalq artisti Kamil Cəlilov, 7 sentyabr 2006
Qaboy ustası, respublikanın xalq artisti Kamil Cəlilov, 7 sentyabr 2006

«Tanınmışlar»ın budəfəki qonağı incəsənət adamıdır. Onu digər sənətkarlardan fərqləndirən başlıca xüsusiyyəti Azərbaycan xalqının məhəbbətini başqa xalqın musiqi aləti ilə qazana bilməsidir. Azərbaycanının musiqi alətləri sırasına bir alət də əlavə etməsi ilə qürur duyur. Onu muğamlarla yanaşı klassik musiqinin də mahir ifaçısı adlandırırlar. Beləliklə, «Tanınmışlar»ın qonağı tanımış qaboy ifaçısı, respublikanın xalq artisti Kamil Cəlilovdur.


«Nə üçün ifaçılıq sənətində məhz qaboyu seçdiniz? Nə idi səbəb?»


«Mən uşaqlıqdan bir neçə musiqi alətində ifa etmişəm. Bir dəfə qonşumuzla 1 saylı Musiqi Məktəbinə getdim. Elə oldu ki, koridorda dayanıb, onu gözləməli oldum. Eşitdim ki, açıq qapılarının birindən gözəl, həzin bir səs gəlir. Müəllim mənim onu dinlədiyimi gördü… Beləcə, qaboyun sehrinə düşdüm…»


«…İndi musiqi məktəbində qaboy sinfi fəaliyyət göstərir. Nə qədər adam məzun olub və olacaq da, amma, heç biri mənim kimi qaboya yaxınlaşa bilməyib».


«Qaboy mənim üçün hər şey deməkdi, bütün varlığım ona bağlıdır. Qaboysuz mənim üçün həyat yoxdur».


«Qaboy deyəndə nə isə mərsiyə kimi bir şey alınır? Nə üçün belə olub?»


«1990-cı ilin 20 yanvar hadisələri zamanı radioda mənim segahımı verdilər. Sonra digər ifalarımı da verdilər. Amma mən sizə deyim ki, həmin əsərləri mən hüzn günü üçün yazdırmamışam».




KAMİL CƏLİLOVLA SÖHBƏTİ ƏTRAFLI DİNLƏYİN



XS
SM
MD
LG